REGİONLAR
Ağsuda birinci Dövlət Proqramından bəri 15 min 894 yeni iş yeri açılıb
Ağsu, 12 fevral, AZƏRTAC
Ağsu rayonunda regionların inkişafı ilə bağlı birinci Dövlət Proqramının qəbul olunmasından bəri 15 min 894 yeni iş yeri açılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, yeni açılan iş yerlərinin 11 min 684 -ü daimidir. Təkcə keçən il rayonda 882 təzə iş yeri açılıb ki, bunun da 488-i daimidir.
Qeyd edək ki, son illər dövlət başçısının tapşırığı ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlara göstərilən dövlət dəstəyi Ağsu rayonunda da iri sənaye müəssisələrinin açılması, böyük istehsal gücünə malik kənd təsərrüfatı müəssisələrinin yaradılması ilə nəticələnib. Bu da minlərlə yeni iş yerinin açılmasına səbəb olub. Bu gün rayonda fəaliyyət göstərən “Az–Qranata” MMC-nin şirə və şərab emalı zavodu, MMC-yə məxsus yüz hektarlarla üzüm bağı, “Ağsu Aqropark”, “Süsən aqro” kimi MMC-lər əhalinin iş yerləri ilə təmin olunmasına mühüm töhfələr verirlər.