DÜNYA


“Airbus” hidrogen sərnişin təyyarələrinin yaradılması üzrə layihə təqdim edib

Bakı, 23 sentyabr, AZƏRTAC

Avropanın "Airbus" konserni "ZEROe" layihəsi çərçivəsində sıfır tullantılı hidrogen mühərrikli sərnişin təyyarələrinin hazırlanması ilə məşğul olmağa başlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, "ZEROe" layihəsi üç uçuş aparatının yaradılmasını nəzərdə tutur. Onların ikisi turboventilyatorlu və turbovintli mühərrikə malik ənənəvi təyyarədir. "Qatışıq qanad" sxemi üzrə hazırlanacaq üçüncü təyyarə isə turboventilyatorlu mühərriklə təchiz olunacaq.

“Airbus" nümayəndələrinin sözlərinə görə, hidrogenlə işləməyə uyğunlaşdırılan turboventilyatorlu mühərrikə malik təyyarələr 200-dək sərnişin daşıya biləcək, uçuş məsafəsi isə 3,7 min kilometrədək təşkil edəcək. Bu göstərici turbovintli təyyarələr üçün 100 sərnişin və 1,8 min olacaq. Belə təyyarələrin istismarına 2035-ci ildə başlamaq planlaşdırılır. Lakin bunun üçün hidrogen təyyarələrin doldurulması və xidmətin göstərilməsi imkanının təmini məqsədilə aeroportlarda infrastrukturun modifikasiyalaşdırılması tələb olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.