Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Akademik Milli Dram Teatrının direktoru beynəlxalq pyes müsabiqəsinin münsiflər heyətinin üzvü seçilib

Akademik Milli Dram Teatrının direktoru beynəlxalq pyes müsabiqəsinin münsiflər heyətinin üzvü seçilib

Bakı, 30 aprel, Abdulla Suvar, Türkan Abdullayeva, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov fəxri qonaq qismində Türkiyənin Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” teatr festivalında iştirak edib. O, festival çərçivəsində TÜRKSOY və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilməsinə qərar verilən məşhur türk dramaturqu Haldun Tanerin xatirəsinə həsr olunmuş beynəlxalq pyes müsabiqəsinin münsiflər heyətinə də üzv seçilib. İ.İsrafilov səfər proqramı, keçirilən görüşlər, elan olunmuş müsabiqə, həmçinin rəhbərlik etdiyi Akademik Milli Dram Teatrının fəaliyyəti, uğurları, beynəlxalq əlaqələri və digər məsələlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Əvvəlcə festival barədə məlumat verməyinizi istərdik.

Konya özü-özlüyündə Türkiyənin ən maraqlı və özünəməxsus bir bölgəsidir. Bilirsiniz ki, Mövlanə Cəlaləddin Ruminin məzarı oradadır, bütün dünyadan insanlar onu ziyarətə gəlirlər. Yəni, Konya müqəddəs torpaq sayılır. Bu baxımdan Konyada keçirilən “Min nəfəs, bir səs” teatr festivalı da böyük maraq doğurur. Konya Beynəlxalq teatr festivalı ənənəvi festivaldır. Türkiyə Dövlət Teatrları baş müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Konya Valiliyinin dəstəyi ilə təşkil olunan bu festival artıq 8 ildir ki, mütəmadi şəkildə keçirilir və böyük maraqla qarşılanır. Bu il festival çərçivəsində Türkiyə və bütövlükdə türk dünyası üçün çox əhəmiyyətli tədbirlər təşkil olundu. Festival işinə Bursa teatrının təqdimatında Sadıx Şəndilin “Qanlı Nigar” pyesi əsasında hazırlanmış tamaşanın təqdimatı ilə başladı. Çox maraqlı, orijinal yozumu ilə seçilən bu səhnə əsəri festivalın işinə xüsusi rəng qatdı. Sonrakı günlərdə festival çərçivəsində 23 aprel - Uşaqlar Günü və Çanaqqala zəfərinin 100 illiyi bir-birindən maraqlı bayram tədbirləri ilə qeyd olundu. Bütün bunlar festivalın işinə bayram ovqatı gətirdi.

Türkdilli dövlətlərin müxtəlif teatrları ilə yanaşı, festivalda qardaş ölkənin bir sıra nüfuzlu teatrları da iştirak edirdi. Kosovonu təmsil edən teatr kollektivi festivalda Türkiyədə 100 illiyinə böyük hazırlıq görülən, görkəmli yazar və dramaturq Haldun Tanerin “Gözlərimi qaparım, vəzifəmi yaparım” adlı pyesini nümayiş etdirdi. Başqa türkdilli dövlətlər də maraqlı səhnə əsərləri ilə təmsil olunurdu. Azərbaycan teatrı bu dəfə Şəki Dövlət Dram Teatrının ifasında Molyerin “Xəsis” pyesi əsasında hazırlanmış tamaşanı təqdim etdi. Azərbaycan teatrının tamaşası iştirakçı teatrların və təqdim olunan tamaşaların içərisində çox böyük marağa səbəb oldu. Yəni, istər tamaşanın rejissurası, istər aktyor ifaçılığı məsələləri, istər bütövlükdə Molyerin bu aktual teatr performansı çox maraqlı idi və tamaşaçılar onu böyük coşqu ilə qarşıladılar.

Konya teatr festivalı, əlbəttə ki, ildən-ilə təkmilləşir, zənginləşir. Bilirsiniz ki, ötən il Akademik Milli Dram Teatrı Konya festivalının qonağı olub. Biz “Kitabi-Dədə Qorqud” eposu əsasında “İlahi oyun” tamaşasını təqdim etmişdik. Hələ üstündən bir il keçməsinə baxmayaraq, bu gün də Konya teatrsevərləri o tamaşanı çox böyük təəssüratla xatırlayırlar. Konya teatr festivalı çərçivəsində, əlbəttə ki, bütövlükdə Türkiyənin teatr həyatı ilə maraqlandım. Müxtəlif teatr mütəxəssisləri, teatrşünaslar, rejissorlar, eləcə də tanınmış aktyorlarla ünsiyyətdə oldum. Bu səfər çərçivəsində Türkiyənin Dövlət Teatrlarının baş direktoru Nejat Bireciklə görüşmək imkanı qazandım. Əslində, biz bundan əvvəl də tanış idik. Amma budəfəki görüş aramızda daha konstruktiv bir dialoqun qurulmasına imkan yaratdı. Mənim Nejat Bireciki Azərbaycana dəvətim onun tərəfindən böyük məmnuniyyətlə qəbul olundu.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyə teatr səhnələrində tamaşaya qoyulması, eləcə də türk sənətçilərinin, ədiblərinin əsərlərinin də Bakıda nümayişi məsələləri ilk olaraq müzakirələrin əsas hədəflərində oldu.

- Yeri gəlmişkən, qardaş ölkədə çalışan sənət adamlarımızla görüşmək imkanınız oldumu?

Bilirsiniz ki, Türkiyədə xeyli azərbaycanlı mütəxəssislər çalışır. Onlardan biri, bizim tanınmış teatr sənətçisi, teatr xadimi Cahangir Novruzovdur. Mən onun Adana teatrında səhnəyə qoyduğu bir tamaşanın təqdimatında iştirak etdim. Deməliyəm ki, nəinki Adanada, bütövlükdə Türkiyənin teatr həyatında o tamaşa haqqında çox qürurverici, maraqlı, dəyərli fikirlər söylənilirdi. Həqiqətən də, tamaşa çox orijinal rejissor yozumu ilə, yüksək ifaçılıq mədəniyyəti baxımından seçilirdi. Ümid edirəm ki, nə zamansa Adana teatrı ilə bizim teatr arasında qarşılıqlı qastrol səfərləri təşkil ediləcək. Bu barədə ilkin fikir mübadiləsi apardıq.

- Siz, həm də səfər çərçivəsində Haldun Tanerin xatirəsinə həsr olunmuş beynəlxalq pyes müsabiqəsinin münsiflər heyətinin üzvü seçilmisiniz. Bu müsabiqə ilə bağlı fikirlərinizi oxucularımızla bölüşərdiniz.

Haldun Taner Türkiyənin mədəni, ictimai həyatında xüsusi çəkisi olan, geniş coğrafiyada tanınan bir ədibdir. Heç təsadüfi deyil ki, bu il Türkiyədə Haldun Taner ili elan olunub. Onun adı ilə bağlı pyes müsabiqəsinin keçirilməsinə qərar verilib. Bununla bağlı münsiflər heyətinin tərkibi müəyyənləşib. Münsiflər heyətinə Azərbaycandan məni üzv seçdilər. Bu müsabiqə ilə bağlı yəqin ki, yaxın günlərdə biz Azərbaycan Yazıçılar Birliyinin, Teatr Xadimləri İttifaqının üzvləri, o cümlədən müstəqil yazarlarla bir araya gələcək, bununla bağlı elan verib dramaturqlarımızın əsərlərinin bu sənət yarışmasında iştirakını təmin edəcəyik. Müsabiqənin keçirilməsində bəlli şərtlər var. Şərtlərdən ən mühümü odur ki, bu pyeslər indiyə qədər çap olunmamalı və tamaşaya qoyulmamalıdır. Yəni, ilk olaraq müsabiqəyə təqdim edilməlidir. Mövzu sərbəstdir. Ümumiyyətlə, dramaturji ustalıq məsələsi meyar kimi götürülüb. Orada müxtəlif mükafatlar nəzərdə tutulub. Müvafiq olaraq 1, 2 və 3-cü yerlərin sahibləri ilə yanaşı, iki dramaturqa da həvəsləndirici mükafatlar veriləcək. Qalib pyeslərin türkdilli dövlətlərin teatrlarında tamaşaya qoyulması nəzərdə tutulur. Müsabiqəyə yaşından asılı olmayaraq, bütün türkdilli yazarlar qatıla bilər. Əsərlər sentyabrın birinci ongünlüyünə qədər təqdim olunmalıdır. Cari ilin noyabrında isə seçimlərə başlanılacaq və ilin sonunda mükafatlandırma mərasimi keçiriləcək. Münsiflər heyətinə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu rəhbərlik edir.

- Yeri gəlmişkən, Akademik Milli Dram Teatrını qarşıda hansı mühüm yeniliklər gözləyir?

May, iyun aylarında çox gərgin qrafiklə çalışacağıq. Bunun əsas səbəbi hər kəsə aydındır. Bilirsiniz ki, iyun ayında Azərbaycan ilk dəfə olaraq Avropa Oyunlarına ev sahibliyi edəcək. Bunun misilsizliyi, unikallığı bizi çox sevindirir. Azərbaycanın istər siyasi, istərsə də mədəni həyatında bu oyunların müstəsna əhəmiyyəti olacaq. Bu dövrdə ölkəmizə gələn minlərlə qonağa zəngin mədəni proqramla xidmət göstərilməsi, əlbəttə ki, az əhəmiyyətli məsələ deyil. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, paytaxtımızın müəyyən teatr və konsert salonları kimi Akademik Milli Dram Teatrı da həmin günlərdə işçi rejimdə çalışacaq. Yəni, biz tam gücümüzlə, repertuarımızda olan yüksək bədii səviyyəyə malik olan, artıq tamaşaçı rəğbəti qazanan, səhnə əsərlərinə üstünlük verəcəyik. Bununla yanaşı, bizi qarşıda yeni səhnə əsərləri gözləyir. Belə ki, hazırda Rəhman Əlizadənin “Laləli düzən” pyesinin əsasında Şərif Qurbanəliyevin quruluşunda yeni tamaşa hazırlanır. Azərbaycan nağıllarının əsasında Bəsti Cəfərovanın quruluşunda bir uşaq tamaşası üzərində iş gedir. Təqdim olunacaq bu səhnə əsəri “Nağıllar aləminə səyahət” adlanır. Paralel olaraq Mehriban Ələkbərzadənin quruluşunda Qriqori Qorinin “Herostratı unudun!”, Oruc Qurbanovun quruluşunda isə Hüseynbala Mirələmovun “Mərhumun mesajı” pyesləri tamaşaya hazırlanır.

- Bəs, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində hansı işlər görülür?

Hesab edirəm ki, birinci Avropa Oyunlarından sonra kollektiv yeni mövsümə hazırlaşacaq. Yeni mövsüm ərzində əlbəttə ki, bizim bir neçə beynəlxalq layihəmiz var. Biz Afinanın Dövlət Dram Teatrı ilə bir niyyət protokolu imzalamışıq. Bu niyyət protokoluna əsasən Yunanıstan, Azərbaycan, Albaniya, Gürcüstan və İtaliyanın teatr sənətçilərinin birgə əməyi nəticəsində Esxilin məşhur “Zəncirlənmiş Promotey” əsəri əsasında tamaşa hazırlamaq nəzərdə tutulur. Başqa bir niyyətimiz də Hüseyn Cavidin məşhur “Şeyx Sənan” faciəsi əsasında hazırlayacağımız tamaşadır. Bu da Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı ilə birgə layihədir. Hesab edirəm, bu da orijinal layihə olacaq. Əvvəlki əsərin ilk tamaşası Afinada və Bakıda keçiriləcək. “Şeyx Sənan” tamaşasının ilk nümayişi Bakıda, sonra isə Tbilisidə olacaq. “Şeyx Sənan” faciəsində birinci hissədə hadisələr Bakıda, ikinci hissədə Tbilisidə baş verir. Ona görə də birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq. Amma mənim üçün dəyərli olan budur ki, Hüseyn Cavidin əsəri ilk dəfə olaraq, gürcü dilində səslənəcək. Elə bilirəm ki, bu, sadəcə xoş niyyət deyil, həm ədəbiyyatımız, həm milli teatr sənətimiz üçün çox əhəmiyyətli, uğurlu bir addım olacaq.

Bundan başqa teatra əslən azərbaycanlı olan, lakin ölkəmizdən kənarda yaşayan iki cavan rejissoru - Novosibirskidən Mikayıl Mikayılovu və Sankt-Peterburqdan Ərşad Həsənovu dəvət etmişik. Bu cavan rejissorlara çox böyük ümidim var. Çünki onlar yaşadıqları şəhərlərdə uğurlu tamaşalar hazırlayıblar. Mikayıl Mikayılov bizim teatrda “Xanuma”, “İlahi oyun”, “Hamı səni sevənlər burdadı” tamaşalarını səhnələşdirib. O, artıq bizim kollektiv üçün yeni bir rejissor siması deyil. Lakin Ərşad Həsənov Milli Dram Teatrında birinci dəfə tamaşa hazırlayacaq. Bu pyes də özlüyündə çox maraqlıdır. Yəni, dünyanın 30-dan artıq teatrında tamaşaya qoyulan Erik Şmidtin “Müsyö İbrahim və Quran çiçəyi” adlı əsəri Bakıda, bizim səhnədə təcəssüm etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB

“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Özbəkistanda kitab nəşr olunub

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulub

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir

Hulusi Kılıç: Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin rəhni, Türk dünyasının bələdçisidir

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb

Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”

Ulu Öndər Heydər Əliyevin xatirəsi Türkmənistanda da anılıb

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNƏCƏK

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü Sumqayıtda silsilə tədbirlərlə qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumukrayna esse müsabiqəsi elan edilib

Zaqatalada tədbir: Ulu Öndərin tariximizdə rolu illər keçdikcə daha dərindən dərk edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib