SİYASƏT


Akkan Suver: Əminəm ki, parlament seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edəcək

Bakı, 22 yanvar, AZƏRTAC

Əminəm ki, Azərbaycanda fevralın 9–da keçiriləcək parlament seçkiləri xalqın iradəsini ifadə edəcək. Bu seçkilər müasir Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri secki-2020.az saytına açıqlamasında Türkiyənin Mərmərə Vəqfinin sədri Akkan Suver bildirib.

Müstəqillik illərində Azərbaycanın bütün sahələrdə ciddi nailiyyətlər əldə etdiyini vurğulayan Akkan Suver deyib ki, Azərbaycan bu uğurlarla bütün dünyada demokratik ölkə kimi mövqelərini möhkəmləndirib.

Parlament seçkilərini Türkiyədən olan müşahidəçi qismində izləyəcəyini vurğulayan Vəqf sədri əminliklə bildirib ki, bu seçkilər siyasi-iqtisadi sahədə böyük uğurlara imza atmış Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.