CƏMİYYƏT
Əlcəzair portalı ANAMA-nın fəaliyyəti ilə bağlı AZƏRTAC-ın xəbərini yayımlayıb
Qahirə, 4 may, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” informasiya portalı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı ilə bağlı AZƏRTAC-ın xəbərini yayıb.
Xəbərdə qeyd olunub ki, aprelin 1-dən 30-dək Azərbaycanın Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 285 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, ötən il noyabrın 10-dan aprelin 30-dək piyada əleyhinə 7086, tank əleyhinə 3574 mina və 7943 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, ümumilikdə 2028 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə