DÜNYA


Alman sahibkarlar arzuedilməz siyasətçilərə qarşı sanksiyalar tətbiq edirlər

Berlin, 14 may AZƏRTAC

Almaniyanın Nordernay adlı kiçik kurort adasındakı “Altes Brohaus”, “Vest-Ştrandbar” və “Norderneyer Brohalle” restoranlarının hər üçü AFR-in sabiq kansleri Herhard Şröderə və onun xanımı Kim So Yenə xidmət göstərməkdən imtina edib.

Həmin restoranların sahibləri bu cütlüyün adaya səfərindən xəbər tutan kimi öz müəssisələrinin müdirlərinə göstəriş veriblər ki, onlar keçmiş alman siyasətçisi, hazırda “Qazprom” konserninin Avropada maraqlarının fəal lobbiçisi Herhard Şröderi onlara məxsus əraziyə buraxmasınlar.

AZƏRTAC xəbər verir ki, sabiq kanslerin Almaniya vətəndaşları arasında populyarlığının və hörmətinin azalmasını göstərən bu məlumat dərhal bütün ölkəyə yayılıb. Sosial şəbəkələrin istifadəçiləri restoran sahiblərinin bu qərarını bəyəndiklərini bildirirlər.

Xatırladaq ki, bu il fevral ayında Şröderlər cütlüyünü Şarboytsdakı “Beysayd” otelinə də buraxmayıblar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.