DÜNYA


Almaniyada “Ağ qızılgül” müqavimət qrupunun 80 illiyi qeyd edilib

Almaniyada “Ağ qızılgül” müqavimət qrupunun 80 illiyi qeyd edilib

Berlin, 7 fevral, AZƏRTAC

Bu gün Almaniyada faşist rejiminə qarşı “Ağ qızılgül” müqavimət qrupu üzvlərinin həbsindən və sonradan edam edilməsi tarixindən 80 il ötür.

AZƏRTAC xəbər verir ki, bu hadisə ilə bağlı Almaniyada bir sıra tədbirlər təşkil olunub. Onların birində - Humboldt Universitetindəki yığıncaqda gizli qrupun üzvlərinin xatirəsinə həsr olunmuş leksiya ilə çıxış edən AFR-in Prezidenti Frank-Valter Ştaynmayer sıravi alman vətəndaşlarının nasional-sosialist hərəkatına müqavimətini yüksək qiymətləndirib. O deyib: “”Ağ qızılgül” qrupunun üzvləri sülh, azadlıq, hər bir insanın ləyaqəti və şəxsi məsuliyyət kimi müqəddəs dəyərləri rəhbər tutublar. Bu gün onlar bizim malik olduğumuz liberal demokratiyanın əsasını qoyublar”.

“Ağ qızılgül” müqavimət qrupu əsasən tələbələrdən ibarət olub. Onun liderləri Hans və Sofi Şoll adlı qardaş və bacı idilər. Hərəkatın üzvləri divarlara nasist diktaturasına müqavimət və dünya müharibəsinin dayandırılması tələbləri olan vərəqələr yapışdırırdılar. 1943-cü ilin əvvəlində universitetdə vərəqələri yaydıqları vaxt onları yaxalayaraq həbsə atıblar. Fevralın 22-də nasistlər bacı və qardaşı, həmçinin onların dostları Kristof Probstu edam ediblər.

Frank-Valter Ştaynmayer söyləyib ki, 80 il öncə “Ağ qızılgül” hərəkatı öz rəqiblərinə qarşı ağlasığmaz qəddarlıqlar edən terror rejiminə qarşı müqavimət göstərib. “Sonunda, hərəkatın bütün üzvləri vahid bir qənaət hasil ediblər; heç bir hərəkət etməyən və susan şəxslər mütləq nasistlərin cinayətlərinə şərik olublar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.