SİYASƏT


Alyans sədri: Erməni lobbisi Azərbaycanın diaspor təşkilatlarının qarşısında aciz qaldı

Kiyev, 6 avqust, AZƏRTAC

Tarixdə ilk dəfə olaraq erməni lobbisi Azərbaycanın diaspor təşkilatlarının qarşısında aciz qaldı. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində erməni silahlı qüvvələri tərəfindən törədilən təxribata cavab olaraq dünyanın dörd tərəfində soydaşlarımız, diaspor fəalları birlik və güc nümayiş etdirdilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov söyləyib.

E.Məmmədov bildirib ki, bütün dünyada olduğu kimi, Ukraynada da diaspor təşkilatları Azərbaycan Ordusuna dəstəklə bağlı və ermənilərin təxribatına qarşı ortaya qoyduğu kütləvi birlik erməniləri məyus edib. Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata Azərbaycanın qətiyyətli cavabı beynəlxalq aləmdə böyük dəstək qazandı. Nəzərə alsaq ki, bu gün beynəlxalq problemə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində dövlətin qətiyyətli mövqeyi, xalqın iradəsi ilə yanaşı, beynəlxalq dəstək də əhəmiyyətli rola malikdir, o zaman Azərbaycana dəstəyin miqyası göz önündədir.

Elmar Məmmədov Ermənistan silahlı qüvvələrinin son təxribatı ilə əlaqədar Alyans adından BMT-yə və ATƏT-ə bəyanat ünvanlandığını bildirib. Qeyd edib ki, bəyanatlarda Ermənistanın işğalçılıq siyasəti pislənilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.