İQTİSADİYYAT
Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş iki banka qarşı tələbləri qeydə almağa başlayıb
Bakı, 25 avqust, AZƏRTAC
"Qafqaz İnkişaf Bankı" ASC-nin və "Atrabank" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş banklara qarşı tələbləri qeydə almağa başlayıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, müflis elan edilmiş hər iki banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etmələri xahiş olunur.