DÜNYA


Amerikalıların böyük əksəriyyəti İranla müharibənin əleyhinədir

Bakı, 25 iyun, AZƏRTAC

ABŞ vətəndaşlarının böyük əksəriyyəti İranla müharibənin əleyhinədir. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, aparılan sorğunun nəticələrinə görə, amerikalıların 19 faizi İrana raket zərbəsi vurulmasının, cəmi 5 faizi isə rəsmən müharibə elan edilməsinin tərəfdarıdır.

“Hill-HarrisX” təşkilatının vətəndaşlar arasında keçirdiyi rəy sorğusunda respondentlərin 58 faizi Prezident Donald Trampın İranla bağlı qeyri-hərbi tədbirlər görməsinin zəruriliyini bildirib. Onların 20 faizi isə ABŞ-ın hərbi vasitələrdən istifadə edəcəyinə şübhə ilə yanaşdıqlarını qeyd ediblər.

Aparılan rəy sorğusunda raket zərbələri və ya müharibə tərəfdarlarının 31 faizinin Respublikaçıların, cəmi 16 faizinin isə Demokratların tərəfdarları olduğu bildirilir. Sonuncuların üçdəikisi ABŞ dronunun İran tərəfindən vurulmasına cavab olaraq dinc təzyiq vasitələrindən istifadə edilməsinin vacibliyini qeyd edib.

ABŞ Prezidenti bazar ertəsi günü İranın ali dini rəhbəri Xameneyi və digər rəsmilərə qarşı sanksiyalar tətbiq olunması ilə bağlı sərəncam imzalayıb. Onların arasında Xarici İşlər naziri Cavad Zərifin də adı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.