Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Anar Hüseynov: Yeni nəsil ağır atletlərimiz beynəlxalq arenaya ayaq basandan sonra Azərbaycan idmanına böyük töhfələr verəcəklər

Bakı, 27 iyul, Leyla Qurbanova, AZƏRTAC

Ağır atletika dünyada ən populyar idman növlərindən biridir. Azərbaycan ağırlıqqaldıranları da müxtəlif beynəlxalq yarışlarda uğurlu nəticələr göstərirlər. Bu ilin fevral ayında Ağır Atletika Federasiyası yeni rəhbər heyətə tapşırılıb.

AZƏRTAC bu idman növünün mövcud durumu, ötən aylar ərzində görülən işlər və bu sahədə inkişaf potensialı ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynovla müsahibəni təqdim edir.

- Artıq 5 aydır ki, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) yeni rəhbər heyətə tapşırılıb. Bu qısa müddətdə görülən işlər barədə məlumat verə bilərsinizmi?

- Bəli, düz qeyd etdiniz ki, qısa müddətdir fəaliyyətdəyik. Amma gördüyümüz və barəsində danışa biləcəyimiz yetərincə iş var. Əvvəla, onu qeyd edək ki, fevral ayının 19-da federasiyanın ümumi yığıncağı keçirildi və İnam Kərimov qurumun prezidenti seçildi. Bununla yanaşı, vitse-prezident, İdarə Heyətinin digər üzvləri seçildi, sonrakı dövrdə isə digər postlara təyinatlar həyata keçirildi. İnam Kərimov mətbuata ilk açıqlamasında federasiyanın fəaliyyət istiqamətləri və planları barədə danışmışdı. O qeyd etmişdi ki, qarşımızda qısa, orta və uzunmüddətli hədəflər durur.

- O hədəflər nədən ibarətdir və həyata keçirilməsi istiqamətində hansı işlər görülüb?

- Qısamüddətli hədəf koronavirus pandemiyasının idmana, xüsusilə də ağır atletikaya vurduğu zərbənin fəsadlarını aradan qaldırmaq, tezliklə normal fəaliyyət prosesini işə salmaq idi. Çətin olsa da, buna artıq nail olmuşuq. Son iki ildə idmançılarımız mütəmadi məşqlər keçə bilməmiş, heç bir yaş qrupu üzrə yığma komanda formalaşdırılmamış, daxili yarışlar keçirilməmiş, beynəlxalq arenada iştirakımız demək olar ki, təmin olunmamışdı. İndi bunların hamısı həyata keçirilib. Belə ki, aprelin 9-10-da Azərbaycan çempionatı, mayın 13-15-də yeniyetmələr arasında Azərbaycan birinciliyi, iyulun 2-də isə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə kubok yarışını yüksək səviyyəli təşkilatçılıqla həyata keçirdik. Nəticələrə əsasən, müxtəlif yaş qrupları üzrə yığma komandalar formalaşdırıldı, məşqçi heyəti yeniləndi, fasiləsiz təlim-məşq toplanışları təşkil olundu. Yığmamız Sumqayıt, Şüvəlan, Göygöl və İsmayıllıda toplanış keçdikdən sonra Bakıya qayıdaraq beşinci İslam Həmrəyliyi Oyunlarına hazırlığın sonuncu mərhələsinə başlayıb. İdmançılar lazım olan ən yaxşı şəraitlə təmin olunub, tam güclə beynəlxalq yarışlara hazırlaşırlar.

- Yəqin ki, bundan sonrakı hədəf Paris Olimpiadasıdır...

- Bəli, ortamüddətli hədəfimiz idmançılarımızın beynəlxalq yarışlarda mütəmadi və layiqli çıxışı, sonra isə 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Ölkə xaricindəki yarışlarda iştirakda məqsədimiz yalnız medal qazanmaq deyil. Biz Azərbaycanı layiqincə təmsil etmək istəyirik. Bütün yarışlara geniş heyətlə yollanıb, nəyin bahasına olursa-olsun nəticə qazanmaq niyyəti güdmürük, bu hazırda real da deyil. Məqsədimiz potensialımızdan maksimum istifadə edib sonadək mübarizə aparmaqdır. Qran-Prilər, Avropa və dünya birincilikləri və çempionatları, müxtəlif beynəlxalq turnirlərdə yarışacaq, həm güc və təcrübə toplayacaq, həm də bayrağımızı yüksəltməyə çalışacağıq.

- Uzunmüddətli strategiyanız nədən ibarətdir?

- Bu strategiyanı üç hissəyə bölə bilərik: infrastruktur, dopinqlə mübarizə və yeni nəslin formalaşdırılması. Hər kəsə məlumdur ki, lazımi şərait olmasa yaxşı idmançı yetişməz. Biz, ilk növbədə, bu məsələdə ciddi addımlar atmalıyıq və atırıq. Ağır atletikada qidalanma və vitaminizasiya, həmçinin məşq zalının şəraiti böyük əhəmiyyət daşıyır. İdmançılarımız yüksək səviyyəli mütəxəssislərin hazırladığı xüsusi proqramla qidalanır, həkimlərimizin nəzarəti altında vitaminləşməni, bərpa prosesini keçirlər. O ki qaldı infrastruktura, biz bu məsələyə də diqqətlə yanaşırıq. Ölkə yalnız paytaxtdan ibarət deyil və bölgələrdə geniş potensial var. O potensialı ortaya çıxarmaq üçün zallara ehtiyac var. Federasiya prezidenti işə başladığı ilk gündən bölgələrdə vəziyyətlə tanış olmaq, real durumu öz gözləriylə görmək, ağır atletika ailəsinin bütün üzvləri ilə görüşərək onların istəklərini, təkliflərini dinləmək, yalnız bundan sonra fəaliyyətə başlamağı üstün tutdu. Hazırda “Kəndlər çempion yetişdirəcək” şüarı altında regionlarda mövcud ağır atletika mərkəzləri, zalları təmir olunur, yenidən qurulur, müvafiq avadanlıqla təmin olunur, yeni mərkəzlərin tikintisinə start verilir, mümkün olduğu halda digər məkanların təyinatı dəyişdirilərək ağır atletika üçün şərait yaradılır. Eyni zamanda, ağır atletika ənənəsi olmayan yerlərdə belə işlər aparılır, yeni mütəxəssislər cəlb olunur, gənclər arasında bu idman növünün populyarlaşdırılması istiqamətində işlər aparılır, kütləviliyin artırılması istiqamətində tədbirlər görülür. Bütün bunlar bizə yeni nəsil idmançıların yetişməsinə kömək edəcək. Bu nəsil həm düşüncə, həm də fiziki olaraq tam sağlam yetişəcək, fərd və şəxsiyyət olaraq formalaşacaq, vətənpərvər, eyni zamanda böyük perspektivə malik olacaq. AAAF hesab edir ki, bu gün ani uğur dalınca qaçaraq 4-5 medal qazanıb, əlimizdə olan resursları tam sərf edərək “yandırmaq”, gələcək nəsli bu günə qurban vermək strateji baxımdan düzgün qərar deyil. Təsadüfi, ara-sıra yox, planlı, bəlli strategiyaya əsaslanan, mütəmadi qələbələr qazanmaq istəyirik. Bu səbəbdən də tələsmirik, əsaslı, təməli möhkəm işlər görür, səbirli davranırıq. Yeni nəsil ağır atletlər beynəlxalq arenaya ayaq basandan sonra Azərbaycan idmanına böyük töhfələr verəcəklər. Buna əminik.

- İdmanın ən böyük düşmənlərindən biri də dopinqdir. Bu problemlə necə mübarizə aparırsınız?

- Bu da strateji hədəflərimizdən biridir. Azərbaycan Ağır Atletika Federasiyası dopinqə qarşıdır! Bu məsələdə kimliyindən asılı olmayaraq heç kəsə ən kiçik güzəşt belə getmirik, getməyəcəyik. Dopinqdən istifadə edənlər, bunun təbliğatını edənlər, ən xırda niyyəti belə olanlar ailəmizin üzvü olmayacaqlar. Onları bağışlamayacaq, sərt mövqe nümayiş etdirəcəyik. Qadağan olunmuş maddələrdən istifadə edənlər hər kəsi zərbə altından qoyur: özünü, ailəsini, ölkəsini. Buna yol verə bilmərik. Düşünürük ki, mübarizənin effektiv yollarından biri antidopinq təbliğatıdır. AAAF olaraq bu istiqamətdə çox iş görürük: yarışlarda, ondan kənarda, televiziya ekranından, bütün media vasitələrində, bütün sosial media hesablarımızda dopinqin qəbulunun zərərlərini göstərir, mənfi tərəflərini önə çıxarırıq. Həmçinin Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə sıx əməkdaşlıq edir, test imkanlarını genişləndirir, seminarların təşkilinə şərait yaradırıq. Qurum dəfələrlə bəyan edib ki, onlarla ən yaxın və səmərəli əməkdaşlıq edən federasiyaların önündə biz gedirik. Biz bu fəaliyyətimizi dayandırmayacaq, mübarizəmizi sona qədər aparacağıq. Buna hər kəs əmin ola bilər. Fürsət düşmüşkən, dopinqlə bağlı bir məqamı qeyd edim. Ümumiyyətlə, dopinq qəbulu ilə bağlı hər dəfə söhbət açılanda ictimai fikir ilk olaraq ağır atletikanı dilə gətirir, sanki ən böyük problemin məhz bizdə olduğunu düşünür, bildirirlər. Amma rəqəmlər fərqlidir. Beynəlxalq Antidopinq Agentliyinin cəzalanan idman növləri hesabatında ağır atletika heç ilk 5-likdə deyil. Bu faktdır. Bizim idman növündən dəfələrlə çox dopinq halları qeydə alınan digər idman növləri var, amma nədənsə, məhz ağır atletikanın adı çəkilir. Ümid edirəm ki, bu - uzun illər ərzində formalaşan yanlış stereotip vaxt ötdükcə aradan qalxar.

- Ağır atletika ilə bağlı stereotiplərdən biri də idmançıların sağlamlığı və boyudur. Hər kəs elə sanır ki, “ağır atletika ilə məşğul olan idmançının boyu balaca qalır”...

- Bu sualınıza görə təşəkkür edirəm. Qeyd etdiyiniz boy məsələsi çoxdankı və yanlış olan daha bir stereotipdir. Ağır atletlər müxtəlif çəki dərəcələrində çıxış edirlər. Təbii ki, çəkisi 55 kiloqram olan idmançının boyunun 180 santimetr olması düzgün deyil, ona görə də o çəkilərdə çıxış edənlərin boyu da müvafiq olaraq nisbətən az olur. Amma çəki artdıqca, məsələn, yuxarı çəkilərə fikir versəniz görərsiniz ki, buradakı atletlərimizin hamısı hündürboyludurlar. 102 kiloqramda çıxış edən Dadaş Dadaşbəylinin boyu təxminən 190 santimetrdir. Bu adama necə balacaboy demək olar? Həmçinin də digər atletlərimiz. Ağır atletika ilə məşğul olan idmançılar, ümumilikdə öz ailələrinin ən hündürboylularındandırlar. İşin elmi tərəfi isə budur ki, idmançı ağırlıq qaldırarkən onun onurğa sütununa müəyyən yüklənmə olur və yüklənmə zamanı bədəndə izafi şəkildə boy hormonu ifraz olunur. Bədənə yayılan bu hormonlar boy azalmasının qarşısını alır, bəzən isə hətta artımına kömək edir. Belə deyək, ağır atletika ilə məşğul olan adamın boyu azalmır, əsasən lazım olan səviyyədə formalaşır. Elm bunu deyir. Bir də zədə məsələsi. Ağır atletlər futbolda və yüngül atletikada qeydə alınan zədə sayının heç yarısını belə almırlar. Yaxşı, peşəkar məşqçinin rəhbərliyi altında çalışan, tapşırıqları düzgün yerinə yetirən ağır atletin zədə alma ehtimalı çox aşağıdır.

- 2022-ci ildə hansı beynəlxalq yarışlarda iştirak nəzərdə tutulub?

- Avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək yaxın müddətdə əsas hədəfimizdir. Bundan başqa avqustun 10-18-də Polşanın Raşin şəhərində təşkil olunacaq yeniyetmələr arasında Avropa birinciliyi, oktyabrın 15-25-də Albaniyanın paytaxtı Tiranada gənclər arasında Avropa birinciliyi, dekabrda isə Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək böyüklər arasında dünya çempionatında iştirak etməyi planlaşdırırıq. Yığma komandamızın üzvləri bu və digər yarışlara tam güclə hazırlaşırlar, qələbəyə inamlıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək