DÜNYA
“Android”lər insanların iş tərəfdaşı olacaq
Bakı, 20 oktyabr, AZƏRTAC
Gələcəkdə robot “android”lər yalnız insanları əvəz etməyəcək, həm də onların iş tərəfdaşları olacaq.
AZƏRTAC “vesti.ru” saytına istinadla xəbər verir ki, bu barədə Yaponiyanın “Hiroshi Ishiguro Laboratories” şirkətinin yaradıcısı professor Xirosi İsiquro bildirib. O deyib: "Biz artıq robot “android”ləri xəbər aparıcısı, qapıçı, mağazalarda canlı maneken, ofisiant qismində istifadə edirik. “Android”lər heç vaxt yorulmur, onlar işi yerinə yetirməyə davam edə bilirlər, halbuki insan taqətdən düşə bilir". Professor vurğulayıb ki, robot “android”lər bütün lazımi məlumatı böyükhəcmli informasiyanın toplanması və emalı sistemi vasitəsilə əldə edirlər.
Hazırda X.İsiquro görünüşcə özünə bənzəyən robotdan iş məqsədilə istifadə edir. Həmin robot professoru əvəz edir və onun yerinə mühazirə oxuyur.