REGİONLAR


Anım Günü ilə əlaqədar Ağstafada silsilə tədbirlər keçirilib VİDEO

Ağstafa, 28 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Anım Günü ilə əlaqədar Ağstafanın Şəhidlər xiyabanında ümumrayon tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhidlərin abidə kompleksi önünə əklil qoyulub, məzarları üstünə tər qərənfillər düzülüb. Saat 12:00-da Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə sayəsində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş hər bir şəhidimizin qisası alınmış oldu. Şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq.

Məktəblilərin ifasında Anım Gününə həsr olunmuş ədəbi kompozisiyalar nümayiş etdirilib.

Ağstafa şəhəri Heydər Əliyev prospektində şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə kompleksinin də açılışı olub. İştirakçılar abidə kompleksi önünə əklil qoyub, gül dəstələri düzərək şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

Anım Günündə “Vətən var olsun!” şüarı ilə fləşmob nümayiş etdirilib. Rayonun Heydər Əliyev Mərkəzinin qarşısında toplaşan 500 nəfər ağstafalı yeniyetmə və gənc, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşməni lərzəyə salan “Qarabağ Azərbaycandır!” şüarını canlandırıb, müqəddəs üçrəngli bayrağımızı dalğalandırıblar. Bununla da ağstafalı yeniyetmə və gənclər dövlətinə, torpağına və xalqına olan dərin ehtiramlarını nümayiş etdiriblər.

Tədbirdə şəhid ailələri və könüllülərlə birlikdə rayon ərazisində həmişəyaşıl küknar və şam ağacları əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.