MƏDƏNİYYƏT


Ankarada beynəlxalq simpoziumda ölkəmizin təmsilçisi mükafatlandırılıb

Bakı, 23 fevral, AZƏRTAC

Türkdilli ölkələrin tanınmış alimlərinin, yazarlarının iştirakı ilə Ankarada III Milli Birlik və Bərabərlik Simpoziumu keçirilib.

Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, simpoziumda AYB-in mətbuat xidmətinin rəhbəri, Türkiyənin Elm və Ədəbi Əsər Sahibləri Məslək Birliyinin (İLESAM) Azərbaycan təmsilçisi Xəyal Rzaya Türk Dünyası Onur Medalı təqdim edilib.

Bundan başqa, İLESAM-ın qərarına əsasən Xəyal Rza birliyin beynəlxalq əlaqələr bölməsinin rəhbəri seçilib.

Qeyd edək ki, tədbir İLESAM-ın təşkilatçılığı, bu ölkənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın dəstəyi ilə reallaşıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.