DÜNYA
Anqolada son 300 ildə ən iri çəhrayı almaz aşkar edilib
Madrid, 27 iyul, AZƏRTAC
Avstraliyanın Cənubi Afrikada kəşfiyyat və almaz hasilatı ilə məşğul olan “Lucapa Diamond Company” dağ-mədən şirkəti Anqoladakı Lulu şaxtasında xalis çəhrayı almaz tapıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına görə, çəkisi 170 karat olan və “Rosa-du-Lulu” adı verilmiş bu almaz son 300 ildə aşkar edilmiş ən iri almazdır.
Anqolanın mineral ehtiyatlar və neft naziri Diamantinu Azevedo bəyan edib ki, rekord ölçülü bu çəhrayı almazın aşkar edilməsi Anqolanın dünya əhəmiyyətli almaz hasilatı mərkəzi olduğunu təsdiq edir.
“Rosa-du-Lulu” beynəlxalq hərracda çox yüksək qiymətə satılacaq.
2017-ci ildə çəkisi 59,6 karat olan “Çəhrayı ulduz” brilyantı Honkonq hərracında 71,2 milyon ABŞ dollarına və ya təqribən 70 milyon avroya satılıb. “Çəhrayı ulduz” indiyə qədər tarixdə ən bahalı brilyant kimi qalır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]