REGİONLAR
“Aqrolizinq” bu il istehsalçılara 130,4 milyon manatlıq texnika verib
Bakı, 21 avqust, AZƏRTAC
Cari ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 130,4 milyon manat dəyərində 815 ədəd müxtəlif növ traktor verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, istehsalçılara, həmçinin sözügedən məbləğ dəyərində 260 ədəd kultivator, 124 ədəd traktor yedəkləri (qoşqular), 313 ədəd səpici aqreqat, 146 ədəd çiləyici və tozlayıcı, 307 ədəd kotan, 287 ədəd mala, 47 ədəd otbiçən, 59 ədəd pambıqyığan maşın, 53 ədəd ot və küləş presləyən, 11 ədəd bağarası frez, 24 ədəd ot dırmığı, 12 ədəd taxıl toxumu təmizləyən, 19 ədəd gübrəsəpən maşın, 115 ədəd taxılyığan kombayn və 331 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və ya verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]