YUBİLEY TƏBRİKLƏRİ
Argentina İctimai Televiziyasının “El Cálamo” verilişinin prodüseri və aparıcısı
Xalid Ayar
-Sizi Argentina Respublikasının İctimai Televiziyasında yayımlanan “El Cálamo” verilişindən salamlayıram. Azərbaycanda verilişimiz üçün etdiyimiz çəkilişlər zamanı AZƏRTAC-da da olmaq şərəfinə nail olduq. Biz də media işçisiyik və hər zaman dəqiq informasiyalar əldə etmək istəyirik. Bu baxımdan AZƏRTAC-ın öz standartlarına və prinsiplərinə həmişə sadiq qalması, dəqiq və operativ informasiya yayması çox təqdirəlayiqdir. AZƏRTAC, yüz illik xəbər qaynağı, yubileyiniz münasibətilə sizi təbrik edir, uğurlarınızın davamını arzulayıram. Neçə belə yüz illiklərə!