İDMAN
“Arsenal”ın yarımmüdafiəçisi zədələnib
Bakı, 19 aprel, AZƏRTAC
İngiltərənin “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Aaron Ramsey zədələnib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 29 yaşlı uelsli yarımmüdafiəçi Avropa liqasının dörddəbir final mərhələsində İtaliyanın “Napoli” komandası (1:0) ilə görüşün 34-cü dəqiqəsində ayaq əzələsindən zədə alıb. Ramseyin dizaltı vətəri sıradan çıxıb. Baş məşqçi Unay Emeri Ramsey bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib. O, təcrübəli futbolçunun “Arsenal” forması ilə bir daha meydana çıxa bilməyəcəyinə dair suala isə dəqiq cavab verməyib.
Qeyd edək ki, uelsli futbolçu cari mövsümdə London klubunun heyətində keçirdiyi 40 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]