ELM VƏ TƏHSİL


Arxeologiya və Etnoqrafiya İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində kitablar nəşr etdirəcək

Bakı, 13 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təkliflərinə əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətində milli və dini münasibətlər” mövzusunda elmi konfrans keçiriləcək. Həmçinin tarix elmləri doktoru Aydın Balayevin “Məmməd Əmin Rəsulzadə - siyasi portret” və “Türkçülüyün patriarxı Əhməd bəy Ağayev” kitabları nəşr olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu institutun elmi şurasının növbəti iclasında bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova söyləyib. Bildirilib ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, institut artıq reallaşdıracağı tədbirlər üzərində işləməkdədir.

Sonra “AMEA-nın xəbərləri” nəşrinin ictimai elmlər bölməsində dərc olunması nəzərdə tutulan məqalələr müzakirə edilib. İnstitutun tarixi etnoqrafiya şöbəsinin elmi işçisi Bahar Əmənovanın “Xalq Yazıçısı Əli Vəliyevin yaradıcılığında xalq oyunu və əyləncələrinin əksi” və tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun “Cənubi Qafqazda erkən kurqan mədəniyyəti dövrü. Paleoekoloji şərait” məqalələrinin “AMEA-nın xəbərləri” jurnalının ictimai elmlər bölməsində dərc edilməsi barədə qərar qəbul olunub

İclasda bir sıra elmi-təşkilatı və cari məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.