İDMAN
Atletika idman növü Polşada keçiriləcək üçüncü Avropa Oyunlarının proqramına daxil edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Avropa Olimpiya Komitələri (AOK) Polşada keçiriləcək üçüncü Avropa Oyunlarının proqramına atletikanın daxil edildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı AOK ilə Avropa Atletika Federasiyası arasında saziş imzalanıb. Atletika turnirinin komandalararası qitə çempionatı formatında keçiriləcəyi qərara alınıb. AOK-un rəhbəri Spiros Kapralos atletika üzrə turnirin III Avropa Oyunlarında ən populyar yarışlardan birinə çevriləcəyinə əminliyini bildirib.
Üçüncü Avropa Oyunları iyunun 9-da start götürəcək və 25-dək davam edəcək.
Xatırladaq ki, atletika 2015-ci ildə Bakıda və 2019-cu ildə Minskdə keçirilmiş Avropa Oyunlarının proqramına daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]
Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb
- 10.05.2024 [12:54]
Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar
- 10.05.2024 [11:45]
Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb
- 10.05.2024 [11:11]
Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb
- 10.05.2024 [11:04]
Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar
- 10.05.2024 [10:33]