“Atletiko Madrid”in doqquz oyunluq məğlubiyyətsiz seriyası davam edir
AzerTAg.az
Bakı, 4 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 3-də futbol üzrə İspaniya La Liqasında 34-cü turun oyunlarına “Atletiko Madrid” - “Malyorka” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, "Atletiko Madrid" doğma azarkeşlər önündə “Malyorka" komandasını qəbul edib. Madriddəki "Vanda Metropolitano" stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. Madrid təmsilçisinin heyətində Alvaro Moratda (2) və Koke fərqləniblər.
Bu qələbədən sonra xalını 62-yə çatdıran "Atletiko Madrid" üçüncü pillədəki yerini möhkəmlədib. “Malyorka” isə 29 xalla 18-ci pillədə qərarlaşıb.
Turnir cədvəlinə aktivində 74 xalı olan “Real Madrid” klubu başçılıq edir. İkinci pillədə olan “Barselona”nın isə 70 xalı var.



Xəbərin mətnində orfoqrafik səhv var