İQTİSADİYYAT
Auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması barədə qərar dəyişdirilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda auditor təşkilatlarının və sərbəst auditorların 2021-ci ilin I yarımili üzrə hesabatlarının toplanmasına dair icmal-tövsiyələr barədə, “Auditə ictimai etimadın gücləndirilməsi ilə bağlı tövsiyələr” barədə, Auditorlar Palatasının Şurası yanında keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitə tərəfindən aparılmış keyfiyyətə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair komitənin 2021-ci il 25 avqust tarixli protokolunun təsdiq edilməsi barədə, Auditorlar Palatası Şurasının 2004-cü il 28 dekabr tarixli “Auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər barədə” qərarına əlavə və dəyişik edilməsinə dair, Auditorlar Palatası sədrinin “Azərbaycan Respublikası Auditorlar Palatasının struktur bölmələrinin fəaliyyətlərinin yoxlanılması barədə” 2021-ci il 16 iyul tarixli sərəncamına uyğun olaraq aparılmış yoxlamaların nəticələrinə dair məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.