İQTİSADİYYAT


Avazada Xəzəryanı dövlətlərin Ticarət və İqtisadiyyat nazirlərinin görüşü keçirilib

Türkmənbaşı, 12 avqust, AZƏRTAC

Birinci Xəzər İqtisadi Forumu çərçivəsində Xəzəryanı dövlətlərin Ticarət və İqtisadiyyat nazirlərinin ilk görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Xəzərin regionda və dünyadakı rolu ilə bağlı bir çox məsələlər müzakirə edilib. Nazirlər, həmçinin iqtisadiyyat, ticarət, investisiya, sənaye, xüsusi iqtisadiyyatların inkişafı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Müzakirə olunan əsas mövzuları arasında iqtisadiyyat və ticarət sahəsində təcrübə mübadiləsi, qanunvericilik standartları, statistik məlumatların öyrənilməsi, beş ölkənin ərazisində azad iqtisadi zonaların yaradılması və inkişafı məsələləri də yer alıb.

Görüşün sonunda tərəflər birgə bəyannamə imzalayıblar.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Türkmənbaşı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.