İQTİSADİYYAT
Avqust ayı ərzində Çağrı Mərkəzinə 22 min 213 zəng daxil olub
Bakı, 15 sentyabr, AZƏRTAC
2017-ci ilin avqust ayı ərzində Çağrı Mərkəzinə 22 min 213 zəng, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün 16 min 562 zəng daxil olub.
Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib.
Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə daxil olan zənglər 7,2 faiz (1492), canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olan zənglər 11,8 faiz (1761) artıb.
2017-ci ildə ümumilikdə daxil olan zənglər, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olan zənglər 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 39,5 faiz və 50,7 faiz artaraq 312 min 666 və 235 min 670 olub.
Nəticədə 1 iş günü ərzində canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olan zənglərin sayı orta hesabla 1492 olub.
Hesabat ayında canlı rejimdə daxil olan zənglər üzrə 17164 sual xarakterli müraciət birbaşa cavablandırılıb, 441 müraciət vərəqəsi tərtib edilib.
Vergi növləri barədə məlumat əldə etmək üçün ay ərzində 1095, dövlət büdcəsinə olan vergi borcu barədə məlumat əldə etmək üçün 1829 və canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq məqsədilə sifariş etmək üçün 280 dəfə səsli menyudan istifadə edilib.
Hesabat ayında vergiödəyicilərinə 73302 SMS göndərilib.