DÜNYA
Avropa İttifaqı Moldova silahlı qüvvələrinə 40 milyon avro ayıracaq
Kişineu, 1 iyul, AZƏRTAC
Avropa İttifaqı(Aİ) Moldova silahlı qüvvələrinə dəstək üçün 40 milyon avro ayıracaq. Bu maliyyə yardımı hərbi texnikanın alınmasına və Moldova ordusunun təliminə sərf olunacaq.
AZƏRTAC Moldova KİV-nə istinadla xəbər verir ki, Aİ-nin qərarında qeyd edilir: “Bu yardım Moldova silahlı qüvvələrinin maddi-texniki təchizatı, mobillik, komandanlıq və idarəetmə, kibermüdafiə, pilotsuz uçuş kəşfiyyatı və taktiki rabitə potensialını gücləndirəcək. Lazımi avadanlıq, materiallar və xidmətlərlə, o cümlədən təlimlərlə təmin olunacaq”.
Aİ vurğulayıb ki, bu məbləğ 2021-ci ilin dekabrında təsdiq edilmiş yardımın tərkib hissəsidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
- 26.04.2024 [10:26]
Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib
- 26.04.2024 [09:23]