DÜNYA


Avstraliya hökuməti ölkənin biotəhlükəsizliyinə 280 milyon dollardan çox vəsait ayıracaq

Tokio, 4 may, AZƏRTAC

Avstraliya hökuməti ölkənin biotəhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərə 280 milyon dollardan çox vəsait ayıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison mayın 4-də məlumat verib.

Baş nazir bildirib ki, qitənin ekosistemini invaziv yırtıcı heyvanlardan və bitkilərdən qorumaq, ev heyvanlarının xəstəliklərinin qarşısını almaq məqsədilə 371 milyon Avstraliya dolları (288,2 milyon ABŞ dollar) məbləğində yeni investisiya paketi ayrılacaq.

“Bu investisiya Avstraliyanın kənarında təhlükəsizlik dairəsi yaradaraq bizim sənayemizi, həmçinin ondan asılı olan insanları qoruyacaq”, - deyə Baş nazir vurğulayıb. Kənd təsərrüfatının ölkə iqtisadiyyatının pandemiyadan sonrakı dövrdə bərpasında aparıcı rolunu qeyd edən S.Morrison, bu addımın mümkün riskləri azaltmasına şərait yaradacağını da deyib.

Baş nazir qeyd edib ki, vəsaitin əsas hissəsi dəniz tədarükünə nəzarət proqramına (75,2 milyon dollar), biotəhlükəsizlik sahəsində fövqəladə vəziyyətlər barədə xəbərdarlıq və cavab tədbirlərinin görülməsinə (50 milyon dollar), Avstraliyada Afrika donuz vəbasının yayılmasının (45,5 milyon dollar) qarşısının alınmasına, həmçinin invaziv mikroorqanizmlər, bitkilər və heyvanların qitə (26,8 milyon dollar) ərazisinə keçməsinə nəzarəti təmin edəcək mexanizmlərin müasirləşdirilməsinə yönəldiləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.