CƏMİYYƏT
Əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdə “Makarov” markalı tapança aşkar edilib VİDEO
Bakı, 12 fevral, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində daha bir əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 177-ci (Oğurluq), 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə əvvəllər məhkum olunmuş Xocasən qəsəbə sakini Vüqar Mürsəlov bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
Onun üzərində axtarış aparılarkən atəşə yararlı “Makarov” markalı tapança, patron darağı və altı patron aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 40-cı polis bölməsində V.Mürsəlov barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.