İDMAN


Aydın Allahverdiyev şahmat üzrə beynəlxalq reytinq turnirinin qalibi olub

Bakı, 21 oktyabr, AZƏRTAC

“Elfim” Professional Şahmat Mərkəzinin Nərimanov filialında şahmat üzrə beynəlxalq reytinq turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən yarışda 29 idmançı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən, birinci yeri 6,5 xalla Aydın Allahverdiyev tutub. İkinci və üçüncü yerlərə Səid Səmədzadə (5,5 xal) və Müctəba Qurbanov (5 xal) layiq görülüblər.

Yarışın rəsmi bağlanış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə şahmatçıların idman ustalıqlarının artırılmasında, həmçinin zəka sahiblərinin erkən yaşlardan beynəlxalq reytinqə yiyələnməsində bu yarışın xüsusi rolunu vurğulayıb, qaliblərə və iştirakçılara gələcəkdə uğurlar arzulayıblar.

Sonda mükafatalayiq yer tutan idmançılar müvafiq dərəcəli diplom, medal və pul mükafatı ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.