ELM VƏ TƏHSİL


AzTU-nun tərəfdaş olduğu layihə çərçivəsində növbəti menecment görüşü Qazaxıstanda keçirilib

AzTU-nun tərəfdaş olduğu layihə çərçivəsində növbəti menecment görüşü Qazaxıstanda keçirilib

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı çərçivəsində həyata keçirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi üzrə növbəti menecment görüşü keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, Yunanıstanın Qərbi Attika Universitetinin təşkilatçılığı ilə keçirilən menecment görüşü Qazaxıstanın Almatı şəhərində təşkil olunub.

Əl-Fərabi adına Qazax Milli Universitetinin ev sahibliyi ilə keçirilən görüşdə AzTU-nu layihənin koordinatoru professor Həsən Hüseynov təmsil edib.

Görüş zamanı bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar üzrə hazırlanan peşə kartlarının vəziyyəti, bu ixtisaslarda tədrisə cəlb olunmuş akademik heyətin Qərbi Attika Universitetində təkmilləşdirmə kurslarında iştirakı, tərəfdaş universitetlərdə reallaşdırılmış proqramlar, əldə edilən nəticələr, layihə çərçivəsində universitetlərdə qurulan infrastruktur və digər məsələlər müzakirə olunub. Bundan başqa, Qərbi Attika Universitetinin təklif etdiyi ikili diplom layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.