CƏMİYYƏT


“Azərbaycan Əlillər Cəmiyyəti” İctimai Birliyinin yaradılmasının 30 illiyi qeyd edilib

Bakı, 20 iyun, AZƏRTAC 

“Azərbaycan Əlillər Cəmiyyəti” İctimai Birliyinin yaradılmasının 30 illiyi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ictimai birliyin sədri Xədicə Mikayılova əlillərin sosial müdafiəsinin dövlətin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən olduğunu deyib. Bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışan sədr təşkilatın əsas məqsədinin əlillərin işlə təminatı, tibbi, sosial, təhsil və məişət məsələlərinin həllinə kömək göstərmək olduğunu diqqətə çatdırıb. Digər çıxış edənlər də əlilliyin qarşısının alınması və bu kateqoriyadan olan insanlara qayğının göstərilməsi ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıblar.

Tədbir zamanı, həmçinin bir qrup şəxs “Azərbaycan Əlillər Cəmiyyəti” İctimai Birliyinin yaradılmasının 30 illiyi münasibətilə Fəxri Fərmanla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.