MƏDƏNİYYƏT


Azərbaycan Kazanda Beynəlxalq Türk Kinosu Festivalında təmsil olunacaq

Bakı, 18 mart, AZƏRTAC

Martın 21-dən 25-dək Kazanda ilk dəfə keçiriləcək Beynəlxalq Türk Kinosu Festivalında ölkəmiz də təmsil olunacaq.

AZƏRTAC Tatarıstan mətbuatına istinadla xəbər verir ki, festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan nümayəndələri də iştirak edəcək.

İştirakçılar, həmçinin Novruz bayramı şənliklərinə də qatılacaqlar.

Festival çərçivəsində müxtəlif ölkələrin kinematoqrafçıları ilə yaradıcılıq görüşləri keçiriləcək. Tatarıstanın müxtəlif şəhərlərində və bölgələrində festival filmlərinin nümayişi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.