SİYASƏT
Azərbaycan Milli Məclisi ilə NATO PA arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub
Brüssel, 8 iyun, AZƏRTAC
İyunun 8-də Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə alyansın Parlament Assambleyasının (PA) Baş katibi xanım Ruksandra Popa ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub. Eləcə də azərbaycanlı deputatların NATO Parlament Assambleyasının bu ilin may ayında Lüksemburqda baş tutmuş yaz sessiyasında, həmçinin payızda Danimarkada keçiriləcək illik sessiyasında iştirakı barədə söhbət aparılıb.
Bundan başqa, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizin Şərqlə Qərb arasında tranzit əlaqəsindəki rolu, o cümlədən Azərbaycanla Ermənistan arasında normallaşma prosesi ətrafında müzakirələr aparılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel