ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetində “Peşəkar inkişaf” təlimləri yekunlaşıb

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) birinci kurs tələbələri üçün bu ali təhsil müəssisəsində təşkil olunan “Peşəkar inkişaf” təlimlərinə yekun vurulub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, beşgünlük təlimlərdə “PAŞA Bank” ASC-nin Korporativ idarəetmə və hesabatlılıq departamentinin baş mütəxəssisi Fidan Sideifzadə, “Etika Akademiyası”nın təsisçisi və rəhbəri Günel İbrahim, ATMU-nun layihələr üzrə mütəxəssisi Vəfa Bəkirova, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Fərid Cabbarlının “Ünsiyyət bacarıqları”, “Korporativ e-maildən istifadə qaydaları”, “Akademik etika” və “Liderlik” mövzularda çıxışları iştirakçı-tələbələr tərəfindən maraqla dinlənilib.

Təlimlərin son - sorğu-sual (quiz) mərhələsində fəallığı ilə fərqlənən tələbələrə sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.