Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil islahatları- araşdırma

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil islahatları-  araşdırma

Bakı, 28 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) geniş fəaliyyət istiqamətlərindən biri də təhsil siyasəti ilə bağlı olub. Dövlətçilik tariximizdə birinci respublika olan AXC hökumətinin həyata keçirdiyi təhsil siyasətinin araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Cümhuriyyət dövründə mədəni-maarif sahəsində bir sıra mühüm tədbirlər həyata keçirildi. Hökumətin 1918-ci il 30 iyun tarixli qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası yaradıldı. Nazirliyin səlahiyyətinə xalq maarifinə aid qanun layihələri hazırlamaq, ölkədə maarifin və elmin inkişafı üzrə tədbirlər planı müəyyənləşdirmək, ümumiyyətlə, təhsillə bağlı məsələlərin icrası daxil idi. Nazirliyin nəzdində ali və orta ixtisas, xalq və peşə təhsilləri üzrə üç şöbə yaradılmışdı. Gənc respublikada milli təhsil quruculuğu istiqamətində nazirlik tərəfindən ardıcıl tədbirlər həyata keçirilirdi. Cümhuriyyət fəaliyyətinin ilk günlərindən təhsilin milli əsaslar üzərində qurulması və inkişaf etdirilməsi məsələlərini diqqət mərkəzində saxlayırdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil islahatları” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarına əsasən, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edildi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Hökumətin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalıdır. Dövlət dilinin tədrisi icbari surətdə həyata keçirilməli idi. Tədrisi dövlət dilində olmayan məktəblərin yuxarı siniflərində Azərbaycan dili həftədə 4 saatdan az olmamaqla məcburi fənn kimi tədris edilirdi. Azərbaycan hökuməti ölkədə yaşayan digər xalqların övladlarının öz dillərində təhsil almasına da müvafiq şərait yaradırdı. Maarif sisteminin milliləşdirilməsi sahəsində ən böyük çətinlik müəllim kadrların çatışmazlığı ilə bağlı idi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar yaradıldı və həmin kurslara 150 nəfər cəlb edildi. Azərbaycan hökuməti 1918-ci il iyunun 22-də Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsi haqqında qərar qəbul etdi. Azərbaycanda hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində 1919-cu ilin əvvəllərində 637 ibtidai, 23 orta ixtisas təhsili məktəbləri var idi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası (Bakı, Gəncə və Qazax), 3 Müqəddəs Nina (Bakı, Gəncə və Şəki) qız tədris müəssisəsi, Bakıda politexnik və ticarət məktəbləri var idi. 1919-cu ilin sentyabrında Lənkəranda kişi və qadın gimnaziyaları fəaliyyətə başlamışdı. 1919-cu il sentyabrın 11-də Azərbaycan hökumətinin qərarı ilə “Müqəddəs Nina” məktəblərinin adları dəyişdirilərək, Bakı birinci milli qadın gimnaziyası, Gəncə qadın gimnaziyası və Şəki qadın gimnaziyası adlandırıldı. 1919-cu ildə Maarif Nazirliyi Bakı, Şəki, Şuşa, Göyçayda realnı və müəllim hazırlayan məktəblər açılması haqqında parlamentə qanun layihəsi təqdim etdi və layihə bəyənildi. Həmin dövrdə tədris prosesinin təşkili üçün ən ümdə vəzifələrdən biri müəllim kadrlarına olan tələbatın ödənilməsini təmin etmək idi. O zaman Gəncədə seminariya fəaliyyət göstərirdi, Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi də müəllim hazırlığı baxımından atılmış məqsədyönlü addım idi. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində təhsil müəssisələrinin şəbəkəsi getdikcə genişləndi. 1919-1920-ci dərs ilinin ilk yarısında müəllim seminariyaları istisna olmaqla, digər məktəblərdə 9611 nəfər təhsil alırdı ki, onlardan 3115 nəfəri azərbaycanlı idi. Hökumətin qərarı ilə Bakı politexnik və kommersiya məktəbləri, 3-cü, 4-cü Bakı məktəbləri və 2-3-4-cü Bakı qadın gimnaziyaları istisna olmaqla, ölkədəki bütün orta məktəblərdə tədris Azərbaycan dilində aparılırdı.

Müəllif qeyd edir ki, təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, fəaliyyətinin yaxşılaşdırılması, milliləşdirilməsi baxımından həyata keçirilən mühüm tədbirlərdən biri də 1919-cu ilin yayında məktəblərin aşağı siniflərində dərs keçmək üçün qısamüddətli pedaqoji kurslarda müəllim hazırlığına başlanılması idi. Hökumətin qərarına görə, bu məqsədlə Xalq Maarifi Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrılmışdı. Bakı, Gəncə və Şəki şəhərlərində kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılmışdı. Bu kursların hər birində azı 50 nəfər təhsil alırdı. Kursları bitirənlər məktəblərdə müəllim kimi işlə təmin olunurdu. Ehtiyac nəzərə alınaraq o vaxt qardaş Türkiyədən 50 nəfərə yaxın müəllim dəvət edilmişdi. Onlar 1919-cu ilin oktyabr ayında Azərbaycana gəlib pedaqoji fəaliyyətə başlamışdılar.

Xalq Maarifi Nazirliyinin başqa planları da var idi. Məsələn, nazirliyin hazırladığı bir layihədə imkansız 650 şagirdə təqaüd təyin olunması, Bakıda qızlar üçün 25 nəfərlik pansionatın təşkili, xaricdən gətirilən tədris-çap məhsullarının gömrük rüsumundan azad olunması və sair təklif olunurdu. Bir məsələni də qeyd etmək lazımdır ki, o dövrdə yaşlı əhalinin təhsilə cəlb olunması sahəsində bir sıra işlər görülmüş, savadsızlığın ləğv edilməsi üçün mühüm addımlar atılmışdı. 1919-cu ildə Bakı, Gəncə, Şuşa, Şəki, Zaqatala və Qazaxda yaşlı əhali üçün Azərbaycan dili üzrə axşam kursları açılmışdı. Bu kurslarda təhsil 1919-cu il sentyabrın 15-dən 1920-ci il aprelin 1-nə qədər davam etmişdi. Maraqlıdır ki, həmin kurslar Azərbaycan dilini və yazmağı bilməyənlər, dili bilib yazmağı bacarmayanlar, dili və yazmağı bilib, elmi ifadələri, Azərbaycan dilində dərs keçmək üsullarını öyrənənlər olmaqla üç qrupa ayrılırdı. Bakıda birinci realnı məktəbin binasında açılmış kurslara Bakı Müəllimlər Seminariyasının direktoru, maarifçi yazıçı Rəşid bəy Əfəndiyev rəhbərlik edirdi. Sultanməcid Qənizadənin və parlamentin bir neçə digər üzvünün iştirakı ilə 1919-cu il sentyabrın 17-də fəaliyyətə başlamış kursların 500 nəfərə qədər müdavimi var idi. Onların sırasında idarə və müəssisələrin əməkdaşları üstünlük təşkil edirdi. 1919-cu ilin noyabrında Bakıda azərbaycanlı fəhlələr üçün mühəndis-texnik Əliheydər Babayevin rəhbərliyi ilə texniki bilikləri öyrədən axşam kursları da açılmışdı. İndiki anlayışla desək, o illərdə ixtisasartırma təhsili sahəsində də bəzi addımlar atılmışdı. Məsələn, Bakıda parlamentin üzvü, tanınmış maarif xadimi Abdulla bəy Əfəndizadənin rəhbərliyi ilə ibtidai məktəb müəllimləri üçün xüsusi kurslar təşkil edilmişdi. Həmin kurslarda müdavimlərə pedaqogika və Azərbaycan dilinin tədrisi metodikası tədris olunurdu ki, bu da müəllimlərin ixtisas biliklərinin, peşə hazırlığının təkmilləşməsinə xidmət göstərirdi.

Həyata keçirilən tədbirlərdən biri də təhsilin təşkilində ən mühüm amillərdən olan dərsliklər məsələsinin diqqətdə saxlanılması idi. Bunun ifadəsidir ki, cümhuriyyət hökuməti məktəblərin dərsliklər və digər zəruri tədris avadanlıqları ilə təminatı məsələsinə ciddi önəm verir, çoxşaxəli, sistemli tədbirlər həyata keçirirdi. Bu məqsədlə Xalq Maarifi Nazirliyinin xüsusi komissiyası fəaliyyət göstərirdi.

Məktəblərin tələbatını ödəmək üçün 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “Rəhbər cəbr”, “Tarixi-təbii”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Milli qiraət” kimi dərsliklər nəşr olundu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarifinin tanınmış nümayəndələrindən Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Hüseyn Cavid, Fərhad Ağazadə, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Məsələn, tanınmış ədiblər Hüseyn Cavidlə Abdulla Şaiqin birlikdə hazırladıqları “Ədəbiyyat dərsləri” adlı dərslik ədəbiyyat nəzəriyyəsi üzrə bilikləri şagirdlərə sistemli şəkildə çatdırmaq məqsədi daşıyırdı. Abdulla Şaiqin hazırladığı “Müntəxəbat”, “Türk çələngi”, “Milli qiraət” kimi dərsliklər də elmi-pedaqoji səviyyəsi ilə maraq doğururdu. Bununla yanaşı, Azərbaycan parlamentinin 1919-cu il 18 sentyabr tarixli qərarı ilə təhsil ocaqları üçün Türkiyədən də bir sıra yeni dərsliklərin və digər tədris vəsaitlərinin alınması məqsədilə Xalq Maarifi Nazirliyinə 1 milyon manat pul ayrılmışdı.

Cümhuriyyətin qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və bu sahədə milli kadrların hazırlanması idi. Azərbaycanda ali məktəb yaradılması sahəsində də ilk addım Cümhuriyyət dövründə atılmışdı. Böyük maarifçi Məhəmməd ağa Şahtaxtlı “Azərbaycan” qəzetinin 1919-cu il 28 iyul tarixli sayında dərc etdirdiyi “Azərbaycanda darülfünun” məqaləsində universitetləri “mədəni həyatın mənbəyi” kimi yüksək qiymətləndirərək yazırdı: “Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdan olmaqdır”.

Azərbaycan parlamentinin qərarına əsasən 1919-cu il sentyabrın 1-dən Bakıda ali məktəblər təşkil edilməsi haqqında 10 maddəli qanun hazırlandı. Onu da qeyd etmək yerinə düşər ki, hökumət başlanğıc mərhələdə ölkədə üç ali məktəbin açılmasını nəzərdə tuturdu: Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyası. Lakin dövrün sosial-iqtisadi çətinlikləri və digər problemlər nəticəsində bunlardan yalnız birinin – Bakı Dövlət Universitetinin yaradılması reallaşdı. Hökumətin 1919-cu il 8 aprel tarixli iclasında Bakıda universitet təşkili barədə qərar qəbul edildi. Qərara görə, 1919-1920-ci tədris ilinin əvvəlində Bakıda universitet açılması məqsədilə ümumi həcmi 10 milyon manatdan çox olmamaqla müvafiq smeta hazırlanıb hökumətə təqdim edilməli idi. 1919-cu il mayın 19-da Azərbaycan hökuməti Bakı Universitetinin yaradılması üçün müvafiq işlərin daha sistemli şəkildə görülməsini təmin etmək məqsədilə təşkilat komissiyası yaratdı. 1919-cu il mayın 23-dən sentyabrın 9-dək komissiyanın 35 iclası keçirildi, qəbul olunan qərarların icrası üçün ardıcıl tədbirlər reallaşdırıldı.

Universitetin dörd fakültədən: Tarix-filologiya (Şərq şöbəsi də daxil olmaqla), Fizika-riyaziyyat, Hüquq və Tibb fakültələrindən ibarət olması nəzərdə tutulsa da, 1919-1920-ci tədris ilində yalnız iki fakültə – Tibb və Tarix-filologiya fakültələri fəaliyyətə başladı. 1919-cu il noyabrın 15-də universitetin auditoriyalarında ilk mühazirələr aparıldı. 1919-1920-ci tədris ilində universitetdə 1094 tələbə təhsil alırdı ki, onların da 217 nəfəri azad dinləyici idi. Universitetdə tədris prosesinə tanınmış alimlər cəlb olunmuşdular. Maddi-texniki avadanlıq və kitablar alınması üçün 1 milyon manat vəsait ayrılmışdı. Universitetin ilk rektoru tanınmış tibb alimi, cərrah Vasili İvanoviç Razumovski təyin edilmişdi. Məhəmməd ağa Şahtaxtlı, Əlicabbar Orucəliyev, Mirzə Rəhim Mirzəyev, Rəşid bəy Kaplanov və başqa ziyalılar universitetin yaradılması və fəaliyyətində yaxından iştirak etmişdilər.

Həmin dövrdə elmi-tədqiqat işlərinin aparılmasına da diqqət xeyli artmışdı. Bakı Universitetinin nəzdində yaradılmış “Müsəlman Şərqini öyrənən cəmiyyət” Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətini araşdırmaq, təbliğ etmək istiqamətində səmərəli fəaliyyət göstərirdi. 1920-ci ilin əvvəllərində Xalq Maarifi Nazirliyində təşkil olunmuş Arxeologiya şöbəsi də bu baxımdan xatırladıla bilər.

Məqalədə vurğulanır ki, Cümhuriyyət dövründə azərbaycanlı gənclərin həm də xarici ölkələrin universitetlərində təhsil alması istiqamətində məqsədyönlü addımlar atılmışdı. Belə ki, gənc müstəqil dövlətin inkişafı üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının vacibliyi nəzərə alınaraq cümhuriyyət hökuməti 1919-1920-ci tədris ilində yüz nəfər azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərində müxtəlif ixtisaslar üzrə dövlət hesabına oxumağa göndərilməsi barədə qərar qəbul etmişdi. Bu məqsədlə dövlət büdcəsindən müvafiq vəsait də ayrılmışdı. Avropa universitetlərinə təhsil almağa göndəriləcək hər tələbə üçün 400 frank təqaüd və 1000 frank yol xərci nəzərdə tutulurdu. Qərara görə, dövlət hesabına xaricdə təhsil alacaq tələbələr ali məktəbi başa vurduqdan sonra azı dörd il Azərbaycan hökumətinin göndərdiyi təyinat yerində çalışmalı idilər. Xaricə göndərilən gənclərin ən layiqlilər sırasından obyektiv şəkildə seçilməsini təmin etmək üçün respublikanın rəhbər vəzifəli şəxslərindən, tanınmış maarif xadimlərindən ibarət müsabiqə komissiyası da yaradılmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransaya, 23 nəfər İtaliyaya, 10 nəfər İngiltərəyə, 9 nəfər Türkiyəyə göndərilmişdi. 13 nəfər isə Rusiyada ali təhsil almaq üçün seçilmişdi. Lakin Rusiyadakı vətəndaş müharibəsinə görə həmin ölkəyə təhsil üçün göndəriş baş tutmamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə təhsilin milli əsaslar üzərində qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdi. 1920-ci ilin 28 aprel işğalı digər sahələrdə olduğu kimi, təhsilin inkişafına yönəlmiş planların da bir çoxunu yarımçıq qoydu. 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratdı.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi 2018-ci ildə respublikamızda geniş şəkildə qeyd olundu. Bu tariximizə və tarixi mirasımıza sahib çıxmağın ən yüksək göstəricisi idi. Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə qeydiyyata alınmaq üçün 15 nəfər Dövlət Miqrasiya Xidmətinə müraciət edib

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

Beynəlxalq Qızıl Xaç Komitəsi itkin düşmüş şəxslərlə əlaqədar media nümayəndələri üçün seminar keçirəcək

Ümumdünya Kosmos Həftəsi çərçivəsində BDU-da “Kosmos hüququ” mövzusunda seminar keçirilib

Şəhid Cahid Qəniyevin ailəsi ziyarət edilib

Azərbaycan cüdoçusu dünya çempionatının finalına yüksəlib

Moskvada azərbaycanlı şairin xatirəsi anılıb

Sahibkarlarla görüşdə qida məhsullarının daşınması və çatdırılması tələbləri ilə bağlı izahatlar verilib

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasına heç-heçə ilə başlayıb

Ucuzu 20, ən bahalısı 60 manat - Bakıda keçirilən bal yarmarkasından REPORTAJ

Oktyabrın 5-nə olan USD/AZN rəsmi məzənnəsi

Qubada “And yerimiz – şəhidlər” kitabının təqdimatı olub

Cari tədris ilində 175 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib - EKSKLÜZİV

Qlobal İnnovasiya İndeksində UNEC ölkənin innovasiyanı ən yaxşı tətbiq edən universitetidir

DİM-də fizika və rus dili fənləri üzrə imtahan proqramları müzakirə edilib

Profilaktik tədbirlər və maarifləndirmə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır

® Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!

İstiqlal Muzeyində növbəti sərgi - “Müqəddəs andım”

Vətən müharibəsi tarixinə dair yeni nəşrlər işıq üzü görüb

® “Rabitəbank”dan nağd pul krediti üzrə payız kampaniyası!

Böyük Britaniya və İrlandiya indi “Avro-2028”ə ev sahibliyi etmək istəyən tək namizəddir

Azərbaycanlı violin ifaçısı Avstriyada və Çexiyada konsert proqramı ilə çıxış edəcək

Mənzil üzərində mülkiyyət hüququ necə rəsmiləşdirilir?

Dillər Universitetinin Konfutsi İnstitutu Çin şirkətlərinin sərgisində iştirak edib

Alman nəşri: Katrin Kolonna Aİ-ni “qətiyyətlə” Ermənistanın tərəfini tutmağa məcbur edir

Füzulidə “Ölümə qənşər-2” bədii-sənədli filminin təqdimatı olub

“Azərkosmos” və İCESCO Azərbaycanda kosmos sahəsində ilk investisiya layihəsini həyata keçirəcəklərVİDEO

Astronavtlar Milli Aviasiya Akademiyasının qonağı olublar

Azərbaycan və Türkiyə iş adamları arasında biznes sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın haqq səsini dünyaya çatdıran QHT-lər

® Ölkənin ilk brend rezidensiyası - The Ritz-Carlton Residences, Baku ilə yeni həyatı kəşf edin

Ümumukrayna Gənclərinin Ekoloji Forumunda Qarabağ bölgəsində ekoloji terror mövzusuna toxunulub

Bakıda “Go Green” sərgisi açılıb

Fransada nəşr edilmiş kitabda Azərbaycan tarixi abidələrindən də bəhs olunub

Deputat: Cəbrayılın azad edilməsi Prezident-xalq-Ordu birliyinin gücünün və qətiyyətinin sübutudur

Rusiya XİN: Moskva Qarabağ ermənilərinin bir hissəsinin qayıtmaq istədiyi barədə informasiya alır

“Azərreyl” voleybol klubu yeni mövsümün hazırlığına başlayıb

Tələbələr mediasiya ilə bağlı maarifləndirilib

Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ağsuda Antik dövrə aid nekropolda aparılan tədqiqat yekunlaşıb

“Hekken” – “Qarabağ” oyununun hakimi Azərbaycan çempionunu favorit hesab edir

Otuz il sonra Qazaxın bu kəndində uşaq bağçası fəaliyyətə başlayıb 

Rəsədxana əməkdaşı Estoniyada elmi araşdırma aparır

Bakıdakı Rus evində “Çox sağ olun, müəllimlər!” adlı bayram konserti keçirilib

“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər VİDEO

Cəlilabad sakininin intihar faktı üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb

İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların qayıdışından danışmaması qəbuledilməzdir

“Hekken”in baş məşqçisi: “Qarabağ” avrokuboklarda böyük təcrübəyə malikdir

İndoneziya mətbuatında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub

Türkiyəli professor AzMİU-nun müəllim və tələbələri ilə fikir mübadiləsi aparıb

Daha bir qrup Vətən müharibəsi veteranı üçün kiçik bizneslər yaradılıb

Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakıda kosmos proqramlarının planetin gələcəyindəki rolu müzakirə olunub

Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imzalamağa inandırmaqdır

Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir

Təhsil işçiləri üçün vətəndaş məmnunluğunun artırılması mövzusunda təlimlər keçirilir

Avropa Komissiyası Çin elektromobillərinə qarşı təhqiqata başlayıb

Azərbaycanın U-21 yığması oyunlarını “Azersun Arena”da keçirəcək

AZSTAND növbəti dəfə TürkAK tərəfindən akkreditasiya olunub

AVRO-2032 Türkiyə və İtaliyada keçirilə bilər

DYP mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Xoşbəxt Bağı oğlu Yusifzadə

® “Unibank” müəllimlər üçün kredit kampaniyası keçirir

ŞƏT-ə üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub

Dövlət Kukla Teatrının direktoru: Heç zaman məcburən bilet satdırmamışıq - MÜSAHİBƏ

Bolqarıstanın Baş naziri: Şengen zonasına qəbul edilməməyimiz müxalifəti gücləndirəcək

Beynəlxalq Muğam Mərkəzində Aşıq Veysəlin xatirəsi yad olunub

RF XİN İstanbulda ABŞ, Aİ və Rusiya nümayəndələrinin Qarabağla bağlı görüşü haqqında informasiyanı təsdiq edib

“A-hub Akselerasiya Proqramı”nın açılış mərasimi keçirilib

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş sərgi açılacaq

XİN: Ermənistan XİN-in Azərbaycan tərəfindən erməni separatçıların həbsinə dair etiraz bəyanatını qətiyyətlə pisləyirik

Milli Kitabxanada Cəbrayıl Şəhəri Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb

Cəbrayılın azad olunması Ordumuzun zabit və əsgərlərinin şücaətinin nəticəsidir – AÇIQLAMA

Eldar Əzizov: Memarların intellektual əməyinə böyük tələbat var

“Qərbi Azərbaycan aşıqları” adlı şeir antologiyası hazırlanır

Otuz il əvvəl itkin düşən Seyfulla Tairovun Edillidə aşkarlanan nəşinin qalıqları Saatlıda torpağa tapşırılıb VİDEO

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunub VİDEO

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb

Bakıda dünya çempionu olan koreyalı taekvondoçu Azərbaycan millisinin məşqinə qatılıb

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

® “Birbank Biznes”də yeni “Sürətli kredit” məhsulu istifadəyə verildi

Abşeron yarımadasının bəzi yerlərində leysan yağacağı gözlənilir

Kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Vəli Qasımov: Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm - MÜSAHİBƏ

Yaşıl mələk kimi

NASA Ayda binalar tikməyi planlaşdırır

Yaponiyada Qara Qarayevin iki əsərindən ibarət kitab çap olunub

Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb

Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb

Güclü təsir edən maddələri satış məqsədilə qanunsuz hazırlayanlar məsuliyyətə cəlb olunacaqlar

Bilgəh qəsəbəsində Beynəlxalq Ahıllar Günü qeyd edilib

Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb VİDEO

İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib

Bu il 100 uşaq övladlığa verilib

İndiyədək “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir VİDEO

Azərbaycanda ilk dəfə Musiqi forumu keçiriləcək

ADA Universitetinin tələbələri kosmonavtlarla görüşüb