İDMAN


Azərbaycan badmintonçusu İtaliyada keçirilən beynəlxalq turnirdə 2200 reytinq xalı qazanıb

Bakı, 16 dekabr, AZƏRTAC

Milanda keçirilən badminton üzrə “Italian International 2019” turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo “International Challenge” kateqoriyalı turnirdə mübarizəyə əsas mərhələdən başlayıb. Onaltıdabir finalda Almaniya idmançısı Samuel Hsiaoya 2:1 hesabı ilə qalib gələn təmsilçimiz səkkizdəbir finalda son Avropa çempionatının finalçısı fransalı Brays Leverdez ilə qarşılaşıb. Badmintonçumuz gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə turnirin 1 nömrəli reytinq favoritini məğlub etməyi bacarıb. İlk setdə B.Leverdezə uduzan E.Dviçayo ardıcıl iki setdə qələbə qazanaraq möhtəşəm geridönüşə imza atıb. Dörddəbir finalda daha bir Fransa badmintonçusu Lukas Korvi ilə qarşılaşan idmançımız ayağındakı ağrılar səbəbindən görüşü davam etdirə bilməyib.

Buna baxmayaraq, E.Dviçayo Milanda keçirilən beynəlxalq turnirdə aktivinə 2200 reytinq xalı yazdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.