SİYASƏT


Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 17 noyabr, AZƏRTAC

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və İtaliya Respublikası Baş Qərargahının nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq planı üzrə qərargah görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Ordusu ilə İtaliya Silahlı Qüvvələri arasında cari əməkdaşlığın vəziyyəti, perspektivlər, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Sonda növbəti illər üzrə ikitərəfli əməkdaşlığın sahələri və fəaliyyətlər müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.