SİYASƏT


Azərbaycan ilə Xorvatiya arasında bir çox sahələrdə əməkdaşlıq müzakirə edilib VİDEO

 Azərbaycan ilə Xorvatiya arasında bir çox sahələrdə əməkdaşlıq müzakirə edilib   VİDEO

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oktyabrın 30-da Xorvatiya Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə nazir Vesna Pusiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələrimiz arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, sərmayələrin təşviqi, mədəniyyət, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ilə Xorvatiya arasında sıx münasibətlərin olduğunu deyən Elmar Məmmədyarov əlaqələrimizin cari vəziyyətini yüksək qiymətləndirib. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətini vurğulayan E.Məmmədyarov belə səfərlərin gələcəkdə daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində xüsusi rol oynadığını deyən Vesna Pusiç Xorvatiyanın ölkəmizlə enerji sektoru sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib. V.Pusiç ölkələrimizin bir sıra sahələrdə, xüsusilə gəmiqayırma sahəsində uğurlu əməkdaşlıq etdiyini söyləyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli istiqamətində danışıqlar prosesi haqqında məlumat verən E.Məmmədyarov Xorvatiyanın münaqişə ilə bağlı BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin yüksək qiymətləndirildiyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.