MƏDƏNİYYƏT
Azərbaycan klassik musiqisini çox sevirəm VİDEO
Paris, 28 sentyabr, AZƏRTAC
Dörd il əvvəl Parisin məşhur “Sən Sülpis” meydanında Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan şəhərciyi” təşkil edilmişdi. Orada milli musiqi və rəqslər təqdim olunurdu. Azərbaycan musiqisini məhz oradan tanıyıram.
Bu fikirləri Fransadakı səfirliyimizin dəstəyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizdə qadınlara səsvermə hüquq verilməsinin 100 illiyi münasibəti ilə təşkil edilmiş konsertdən sonra Silviyana Buso AZƏRTAC-a müsahibəsində söyləyib.
Ölkəmizin dostu olduğunu deyən S.Buso, azərbaycanlı bəstəkarların əsərlərinə heyran olduğunu da qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris