ELM VƏ TƏHSİL
“Azərbaycan tarixşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 22 fevral, AZƏRTAC
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun dövri elmi nəşrlərinə daxil olan “Azərbaycan tarixşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Jurnalda “Azərbaycan tarixi”, “Dünya tarixi”, “Beynəlxalq münasibətlər tarixi” başlıqları altında müxtəlif məzmunlu elmi məqalələr, yeni nəşr olunmuş monoqrafiyalara resenziyalar yer alır.
Vəsait geniş oxucu kütləsi üçün nəzərdə tutulub.