İDMAN


Azərbaycan təmsilçisi Barselona turnirinin tək lideridir

Bakı, 20 iyul, AZƏRTAC

Barselonada XX San-Marti Beynəlxalq Şahmat Turniri davam edir.

AZƏRTAC xəbər verir ki, turnirin “A” qrupunda 24 ölkədən 120 şahmatçı, o cümlədən 12 qrossmeyster iştirak edir. Azərbaycan şahmatının şərəfini Qədir Hüseynov qoruyur.

“A” qrupunda yeddi turdan sonra 6 xal toplayan Q.Hüseynov turnirin tək lideridir. Hayme Aleksandr Kuartas (Kolumbiya), Luis Lazaro Cimenes Aquero, Yasser Perez Kesada (Kuba), Manuel Qomez Pena (İspaniya) və Xose Eduardo Alkantara Martines (Peru) ondan yarım xal geri qalırlar.

Püşkatmanın nəticələrinə görə, səkkizinci turda azərbaycanlı qrossmeysterin rəqibi Y.P.Kesada olacaq. Q.Hüseynov ağ fiqurlarla oynayacaq.

Kataloniya turniri İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.