İQTİSADİYYAT


Azərbaycanda aqrar elmin inkişafı istiqamətində yeni dövlət proqramı hazırlanır

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çəltikçilik sahəsinin ölkə üçün ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb etdiyini bildirib. Belə ki, 2020-2025-ci illərdə 40 min ton çəltiyin istehsalı planlaşdırılır.

Nazir müavini qeyd edib ki, ölkəmizdə aqrar elmin inkişafı istiqamətində yeni dövlət proqramı hazırlanır. Həmçinin bu sahədə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.