ELM VƏ TƏHSİL
Azərbaycanda son onilliklərdə atmosfer yağıntılarının rejimində bəzi dəyişikliklər baş verib
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda müasir iqlim dəyişmələri şəraitində Azərbaycanda atmosfer sirkulyasiyası və sinoptik prosesləri tədqiq olunur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqata əsasən son onilliklərdə atmosfer yağıntılarının rejimində və xüsusiyyətlərində bəzi dəyişikliklər baş verib. Məsələn, Böyük Qafqazın cənub yamacının qərb hissəsində yağıntıların ümumi miqdarı artsa da, yağıntıların sutkalıq miqdarının çox olan günlərin sayı azalıb. Lənkəran vilayətində isə baza dövrü ilə müqayisədə həm yağıntının ümumi miqdarı, həm də bol yağıntılı günlərin sayı xeyli azalıb.
Təhlillər göstərir ki, bunlar əraziyə daxil olan hava kütlələrinin xüsusiyyətləri ilə bağlıdır.