İQTİSADİYYAT


Azərbaycandan Aİ ölkələrinə məhsul ixracının dəyəri 543,2 milyon dollaradək artıb

Bakı, 20 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 9 milyard 154 milyon 994 min ABŞ dollarlıq məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 543 milyon 154 min dollar çoxdur.

On ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 984 milyon 991 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.