SİYASƏT
Azərbaycanın Qarsdakı baş konsulunun 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı məqaləsi Türkiyə mətbuatında geniş yayılmışdır
İstanbul, 14 iyun (AZƏRTAC). Azərbaycanın Qarsdakı baş konsullu Ayxan Süleymanovun 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı məqaləsi Türkiyə KİV-ləri tərəfindən geniş yayılmışdır. Məqalədə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri, yarım əsrə yaxın dövrü əhatə edən siyasi hakimiyyətinin böyük nəticələri, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmlənməsi və inkişafı istiqamətində həyata keçirdiyi strategiyanın bəhrələrindən bəhs edilir.
Müəllif yazır ki, xalqımızın xilaskar oğlu siyasi hakimiyyətinin bütün dövrlərində Azərbaycan xalqının inkişafına, ölkəmizin tanınmasına və müstəqilliyinin bərpa olunmasına hesablanmış hədəflərə çatmaq üçün çalışmış və böyük nailiyyətlər qazanmışdır. Məqalədə ümummilli lider Heydər Əliyevin sülh və sabitlik strategiyasının əhəmiyyəti, 15 İyun – Milli Qurtuluş Gününün tarixi barədə məlumat verilir, Ulu Öndərimizin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs olunur.
Türk dilində yayılmış məqalə ilə aşağıdakı linklərdə tanış olmaq mümkündür:
http://www.kha.com.tr/guncel/24441--Azerbaycan-Halkinin-Milli-Kurtulus-gunu.html
http://www.karsmanset.com/haber/suleymanovdan-milli-kurtulus-aciklamasi-22754.htm
http://www.karshaberler.com/haber/300663/azerbaycan-milli-kurtulus-gunu.html
http://www.karshaberler.com/index.php
http://www.gazetepusula.net/haberler/36/suleymanovdan-milli-kurtulus-gunu-aciklamasi_27537.html
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul