Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanın bir sıra nazirləri, komitə və agentlik rəhbərləri “Rebuild Karabakh 2021” sərgisinə təbrik məktubları göndərib

Azərbaycanın bir sıra nazirləri, komitə və agentlik rəhbərləri “Rebuild Karabakh 2021” sərgisinə təbrik məktubları göndərib

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycanın bir sıra nazirləri, komitə və agentlik rəhbərləri Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - Rebuild Karabakh 2021” sərgisinə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində keçirilən görüşlərin, müzakirələrin, yeni təşəbbüslərin işgüzar əlaqələr üçün əlverişli platforma olacağını deyən iqtisadiyyat naziri Mikayıl Cabbarov salamlama məktubunda deyib: “Əziz sərgi iştirakçıları, hörmətli qonaqlar. Hər birinizi Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - Rebuild Karabakh 2021” sərgisində salamlayır, işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı ilk sərginin təşkilatçılarına minnətdarlığımı bildirirəm. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin təşkili, sosial-iqtisadi rifahın yaxşılaşdırılması, Qarabağın dirçəlişi qarşımızda duran ən mühüm vəzifələrdəndir. Bu baxımdan sərginin təşkili hamımız üçün önəmli dövrə təsadüf edir.

İqtisadiyyatın əsas sahələrindən olan inşaat sektoru iqtisadi inkişafda, xüsusilə də iqtisadiyyatın dayanıqlığının möhkəmlənməsində önəmli rola malikdir. Tikinti sektoru ilə bütün iqtisadi zənciri hərəkətə gətirmək, digər sahələr üçün tələb və təklif yaratmaq mümkündür. Qlobal böhranla əlaqədar yaranmış iqtisadi problemlər fonunda inşaat sahəsi inkişaf tempini nisbətən qoruyub saxlaya bildi. Bu sektorun canlanması iqtisadi fəallığın artması ilə yanaşı, əksər sahələrin də dirçəlməsi deməkdir. Bu baxımdan, Qarabağda tikinti-abadlaşdırma işlərinin geniş miqyası, iqtisadiyyatın inkişaf tempini daha da sürətləndirə bilər. Azərbaycan hazırda yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və köklü islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına, yüksək sosial rifah cəmiyyətinin formalaşmasına möhkəm zəmin yaradıb. Vətən müharibəsində Azərbaycanın böyük Zəfərindən irəli gələn reallıqlar, işğaldan azad edilmış ərazilərimizin ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizləri dinamik inkişaf üçün əlavə imkanlar açır. İnanırıq ki, Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində keçirilən görüşlər, müzakirələr yeni təşəbbüslər işgüzar əlaqələr üçün əlverişli platforma olacaq, Qarabağın yüksək inkişaf etmiş regiona çevrilməsinə öz töhfəsini verəcək. Hamınızı bir daha salamlayır, sərginin işinə uğurlar arzulayıram”.

Sərginin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prosesinə töhfə verəcəyini qeyd edən kənd təsərrüfatı naziri İnam Kərimov salamlama məktubunda bildirib: “Hörmətli sərgi iştirakçıları. Sizləri “Rebiuld Karabakh” – “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində salamlamaqdan məmnunluq hissi keçirirəm. Əminəm ki, bu sərgi işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prosesinə öz töhfəsini verəcək.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi Qarabağ bölgəsində kənd təsərrüfatını yenidən inkişaf etdirmək üçün böyük imkanlar yaradıb. Qarabağ bölgəsi tarixən Azərbaycanın kənd təsərrüfatının ən inkişaf etmiş bölgələrindən olub. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan ermənilər bütün sahələrdə olduğu kimi, bölgənin kənd təsərrüfatına da böyük ziyan vurublar. Ermənilərin barbar fəaliyyəti nəticəsində təkcə yaşayış məntəqələri, evlər, tarixi abidələr deyil, pambıq zavodları, şərabçılıq müəssisələri, üzüm plantasiyaları, baramaqurutma məntəqələri, heyvandarlıq kompleksləri məhv edilib. İşğalçılar bu illər ərzində bölgənin torpaq və su ehtiyatlarından kortəbii şəkildə, vəhşicəsinə istismar ediblər. Prezident İlham Əliyev müharibənin ilk günlərində azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafını prioritet sahələrdən biri elan edib. Verilən tapşırıqlara əsasən, hərbi əməliyyatlar başa çatan kimi, azad edilmiş ərazilərdə ilkin olaraq payızlıq əkin aparılıb. Kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi həyata keçirilib. Mütəxəssislərimiz peyk məlumatları əsasında faktiki əkin yerlərinin və dincə qoyulmuş ərazilərin, çoxillik intensiv bağların xəritə üzərində vektorlaşdırılması işini davam etdirirlər. Bu işlər azad edilmiş ərazilərin torpaq və su ehtiyatları ilə bağlı görüləcək işləri düzgün planlaşdırmağa imkan verir. Artıq azad edilmiş ərazilərdə kənd təsərrüfatının innovativ əsaslarda yenidən qurulması məqsədilə “Ağıllı kənd” layihəsi icra olunur. Zəngilan rayonunun Ağalı kəndində təməli qoyulan ilk “ağıllı kənd”də aqrar sahənin komponentlərinin müasir şəhərsalma elementləri ilə uzlaşdırılmasını nəzərdə tutulur. Bu il pilot layihə çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsi təmin edilib. Bölgənin zəngin bitki örtüyü və yem potensialı təsərrüfatlarda yüksək məhsuldarlıq göstəriciləri əldə olunmasına imkan verib. Önümüzdəki illərdə azad edilmiş ərazilərin yaylaq potensialından daha səmərəli istifadə ediləcək. Azad edilmiş ərazilərdə torpaq və su ehtiyatları, biomüxtəliklik göstəriciləri ilə bağlı elmi tədqiqatlar aparılır. Hesab edirik ki, elmi bazaya əsaslanan səmərəli fəaliyyət nəticəsində Qarabağ bölgəsi Azərbaycanın aqrar sektorunda mühüm paya malik olacaq. Bir daha sərgi iştirakçılarını salamlayır və uğurlar diləyirəm”.

“Rebuild Karabakh” sərgisinin azad olunmuş ərazilərimizin dirçəlişində yaxından iştirak edərək, sülhə, davamlı inkişafa, insanların rifahına töhfə vermək istəyən hər kəsə ünvanlanmış xoş bir çağırış olduğunu vurğulayan energetika naziri Pərviz Şahbazov söyləyib: “Hörmətli Sərgi iştirakçıları, xanımlar və cənablar. Sizi “Rebuild Karabakh” – “1-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin açılışı münasibətilə təbrik edirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və Ordumuzun gücü sayəsində torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad etdiyi kimi bu ərazilərimizi qısa müddətdə dirçəltmək, inkişaf axarına qovuşdurmaq əzmini də bütün dünyaya nümayiş etdirməkdədir. Qələbəmizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında başlanan genişmiqyaslı bərpa-quruculuq prosesi buna bir sübutdur. Tarixdə o qələbələr bəşəriyyətə fayda verib ki, onunla yeni bir inkişaf dönəminin əsası qoyulsun. Azərbaycanın regionda yeni reallıqlar yaratmış Zəfəri də belə bir mərhələnin başlanğıcıdır. “Rebuild Karabakh” – “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi isə azad olunmuş ərazilərimizin dirçəlişində yaxından iştirak edərək, sülhə, davamlı inkişafa, insanların rifahına töhfə vermək istəyən hər kəsə ünvanlanmış xoş bir çağırışdır. Bütün inkişaf proseslərində olduğu kimi bu ərazilərin də bərpası və inkişafında enerji amili həlledici rol oynayır. Təsadüfi deyil ki, bu ilin sonuna bütün bölgənin elektrik enerjisi ilə tam təmin edilməsi əsas hədəflərdən biri kimi müəyyənləşib. Bu hədəfə uyğun olaraq Laçında, Kəlbəcərdə və Suqovuşanda 20 MVt gücündə dörd su elektrik stansiyasından üçü bərpa edilərək istismara verilib. Ümumilikdə azad olunmuş ərazilərdə 110/35/10 kV-luq 9 yeni yarımstansiya tikilib, xeyli sayda yarımstansiyalarda bərpa işləri aparılıb, yeni hava xətləri, ötürücü xətlər çəkilib, transformatorlar quraşdırılıb. Həm Qarabağda, həm Şərqi Zəngəzurda elektrik təsərrüfatının qurulması prosesi intensiv şəkildə davam etdirilir. Bu ərazilərin qaz təminatı üçün də nəql sistemi və paylayıcı şəbəkənin yenidən qurulması ilə bağlı dörd mərhələdə layihələr planlaşdırılır. Strateji hədəflər isə daha böyükdür və regionun gələcəyi ilə bağlı dövlətimizin başçısının aydın vizyonunu əks etdirir. Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzuru “Yaşıl Enerji Zonası” elan edib. Bu bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına və ölkəmizin daxili su ehtiyatlarının isə təxminən, 25 faizinə malikdir. Zəngin enerji potensialı və ekoloji təmiz, səmərəli müasir texnologiyaların tətbiqi ilə bağlı yüksək məram daim yeni imkanlar axtarışında olan investorlar üçün çox gözəl fürsətdir. Cəbrayıl və Zəngilan rayonlarının ərazisində planlaşdırılan 240 meqavatlıq Günəş Elektrik Stansiyası xarici sərmayə qoyuluşunun ilk nümunəsi kimi digər şirkətlər üçün də mühüm mesajdır. Ümumən, “Yaşıl Enerji Zonası” üzrə müfəssəl konsepsiya hazırlanıb və bu sərgi həmin konsepsiya ilə də yaxından tanış olmaq imkanı yaradacaq. Qarşıda bizi çox geniş strateji layihələr gözləyir. Biz bu layihələrdə yerli və xarici investorlarla əməkdaşlıq etməyə hazırıq. Əmin olduğumu bildirmək istəyirəm ki, sərginin iştirakçıları buradan gələcək üçün çox böyük mənfəətlər götürəcəklər. Birgə səylərimiz nəticəsində bu bölgə faydalı əməkdaşlıq mühitinə, sabitlik və inkişaf məkanına, həmçinin ekoloji təhlükəsizliyə töhfə verəcək “Yaşıl Enerji Zonası”na çevriləcək. İnanıram ki, qarşıdakı illərdə “Rebuild Karabakh” – “1-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində nailiyyətlərimizi nümayiş etdirəcəyik. Sərginin açılışı münasibətilə bir daha hamınızı təbrik edir, təşkilatçılara təşəkkürümü bildirir və bütün iştirakçılara uğurlar arzulayıram”.

“Rebuild Karabakh” sərgisinin Qarabağ bölgəsinin gələcək inkişafı naminə atılan növbəti uğurlu addım olacağını bildirən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib: “Hörmətli sərgi iştirakçıları, Sizi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisinin açılışı münasibəti ilə salamlayıram.

Ötən il Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun düşmən üzərində şanlı Qələbəsi ilə yadda qalmışdır. İşğal altındakı torpaqlarımızın azad olunması ilə başa çatmış 44 günlük vətən müharibəsi nəticəsində haqq və ədalət bərpa olunmuşdur. Ermənistanın təbiətə qarşı düşmən münasibəti və törətdiyi ekoloji terror nəticəsində işğaldan azad edilmiş ərazilərdə ətraf mühitə ciddi zərər vurulmuş, meşələr, xüsusi mühafizə olunan ərazilər, çoxillik təbiət abidələri məhv edilmiş, təbii sərvətlərin, o cümlədən mineral xammal ehtiyatlarının məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə qiymətləndirilmə və ekoloji tarazlığın bərpa olunması ilə bağlı tədbirlər görülür - meşələrin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərində ekoloji mühitin yaxşılaşdırılması, ekoturizmin inkişafı, təbii sərvətlərdən, su ehtiyatlarından səmərəli istifadə, müşahidə və monitorinq sistemlərinin bərpası və digər istiqamətlərdə işlər aparılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühitin təmin olunması, yaxın 10 illiyə əsas strateji istiqamətlər kimi müəyyən edilmişdir. Həmin ərazilərdə ətraf mühitin bərpası üçün ekoloji təmiz texnologiyaların və alternativ enerji mənbələrinin tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə, yaşıllıq ərazilərinin artırılması və çirklənmiş ərazilərin bərpası məsələləri prioritetləşdirilmişdir ki, bu da, eyni zamanda, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin icrasına töhfə olacaqdır. Qarabağda müasir texnologiyaların tətbiqi ilə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması regionun unikal təbiətinin qorunması, insan və təbiət arasında tarazlığın təmin edilməsinə səbəb olacaqdır. İnanıram ki, 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisi Qarabağ bölgəsinin gələcək inkişafı naminə atılan növbəti uğurlu addım olacaqdır. Sərginin bütün iştirakçılarına və qonaqlara uğurlar arzulayıram”.

Sərginin Qarabağda tikinti-quruculuq işlərinin dinamikasına pozitiv təsir göstərəcəyini söyləyən fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib: “Hörmətli sərgi iştirakçıları və qonaqlar. Sizi “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (“Rebuild Karabakh”) sərgisinin açılışı münasibətilə salamlayır, hər birinizə fəaliyyətinizdə uğurlar, faydalı işgüzar əlaqələrin və əməkdaşlıq münasibətlərinin yaradılmasını arzulayıram.

Bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Azərbaycan tarixinin ən şanlı səhifələri qızıl hərflərlə yazılır. Xalqımızın arzularını gerçəkliyə çevirən dövlətimizin başçısının müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan illərə sığmayan bir yüksəlişlə inkişaf edir. Yeni dövrün çağırışlarına uyğun olaraq görülən işlər, aparılan islahatlar, qazanılan uğurlu nəticələr müstəqilliyimizin daha da möhkəmlənməsində, ölkəmizin sosial-iqtisadi tərəqqisində əsaslı rol oynayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbə böyük geosiyasi məkanda proseslərin bütöv məcrasını tamamilə dəyişib. Dövlətimiz müharibənin yaralarını sağaltmaqla yanaşı, həm də 30 illik işğalın nəticələrini aradan qaldırmaq istiqamətində konkret addımlar atır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu gün müharibədən sonra yeni dövr başlayır. İndi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın. Bu gün Prezident İlham Əliyevin müəllifliyi ilə Qarabağ sürətlə dirçəlir. Azərbaycan artıq postmüharibə dövründə bütün gücünü quruculuq, bərpa işlərinə, infrastruktur layihələrinin reallaşdırılmasına yönəldib. Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər kifayət qədər çoxşaxəlidir. Parlaq Qələbə sayəsində geri qaytarılan torpaqlarımızın tezliklə bərpa edilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun yenidən Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin olunması istiqamətində ciddi addımlar atılır. Nəzərdə tutulan hədəflərə çatmaq üçün kompleks işlər görülür. Müasir texnologiyaların potensialından geniş istifadə edilməklə çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr , “ağıllı şəhər”, “ağıllı kənd” layihələri uğurla icra olunur. Qarabağın alternativ enerji mənbəyinə, “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan yeni dəhliz layihələrini ortaya qoyub. Bir sözlə, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımız, erməni vandalları tərəfindən dağıdılmış ərazilər uğurlu şəkildə bərpa olunur, Böyük Qayıdış planı öz axarı ilə gedir. Xüsusi vurğulamaq istərdim ki, regional sabitlik və inkişaf amilini özündə ehtiva edən, müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərin mərkəzinə çevrilən müstəqil Azərbaycan, həm də müxtəlif səpkili beynəlxalq sərgilərə ev sahibliyi edir, vahid məkanda unikal əməkdaşlıq platformaları yaratmaq, mütərəqqi texnologiyaların nümayiş etdirilməsi və faydalı əməkdaşlığın qurulması baxımından əhəmiyyətli addımlar atır. Doğma Qarabağımızın bərpa və yenidən qurulması ilə əlaqədar zəngin ideyaların nümayiş olunduğu bugünkü sərginin həm məzmun, həm də mənəvi aspektlər baxımından xüsusi əhəmiyyəti vardır. Günümüzün reallığından çıxış edərək bildirmək istərdim ki, Qarabağın bərpası strategiyasına böyük dəstək olan, yerli və xarici şirkətləri, biznes subyektlərini və müxtəlif maraqlı şəxsləri bir araya gətirən, bölgənin sürətli bərpasına töhfə verəcək innovativ həllərin və səmərəli layihələrin təzahür tapacağı “Rebuild Karabakh” sərgisi, eyni zamanda infrastruktur layihələrinin icrasına cəlb olunan subyektlərin potensialını, maddi-texniki təminat səviyyəsini və yeni yaradıcı ideyalarını əyani şəkildə nümayiş etdirməyə imkan yaradacaqdır. Sərgi, həmçinin yerli və xarici iş adamları, mütəxəssislər və investorlar üçün effektiv təcrübə və informasiya mübadiləsinə yol açacaq, özəl-dövlət tərəfdaşlığının möhkəmlənməsinə və Qarabağda tikinti-quruculuq işlərinin dinamikasına öz pozitiv təsirini göstərəcəkdir. Sərginin geniş işgüzar proqramı isə Qarabağın bərpasına səfərbər olunmuş iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşıda duran bir çox zəruri məsələlərdə ümumi mövqe formalaşdırmağa və konkret təkliflər irəli sürməyə zəmin yaradacaqdır. Bu il ilk dəfə reallaşdırılan “Rebuild Karabakh” sərgisinin gələcəkdə ənənə halını alacağına, növbəti sərgilərdə artıq Qarabağda həyata keçirilmiş və özünü doğrultmuş möhtəşəm layihələrin nəticələrinin nümayiş olunacağına böyük ümidlər vardır. Əminəm ki, “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (“Rebuild Karabakh”) sərgisi məhsuldarlığına və əldə olunmuş mütləq nəticələrə görə maraqlı məqamlarla yadda qalacaq, Qarabağımızın bərpası və yenidən qurulması naminə atılan bütün səylərin və təşəbbüslərin uğurla gerçəkləşməsinə öz töhfəsini verəcəkdir. Bir daha hər birinizə səmərəli işgüzar günlər, sərginin işinə uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!”.

“Rebuild Karabakh” sərgisinin dövlət və özəl strukturlar arasında müxtəlif sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsində rol oynayacağına inandığını söyləyən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib: “Hörmətli xanımlar və cənablar. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bütün kollektivi adından hər birinizi salamlayır, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən canlanması prosesində birgə fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə “Rebuild Karabakh” - “1-ci Azərbaycan Beynəlxalq Qarabağın bərра, yenidənqurma və inkişafı” sərgisinin keçirilməsi münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm.

Ötən il COVID-19 virusu ilə bağlı dünyada elan edilmiş pandemiya səbəbindən ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salınmasından sonra keçirilən ilk sərginin məhz Qarabağ mövzusuna həsr olunması və “Rebuild Karabakh” adlandırılması mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən Ermənistanın işğalçı siyasətinə son qoyulmuş və 44 günlük Vətən müharibəsində qələbə qazanılaraq regionda təhlükəsizliyin, tarixi ədalətin bərqərar olmasına və ərazi bütövlüyümüzün bərpa edilməsinə nail olunmuşdur. Dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş şəhər və rayonların Ümumi və Baş planlarının, həmçinin kəndlərin ərazi planlaşdırma sənədlərinin təyin olunmuş müddətdə keyfiyyətlə hazırlanaraq başa çatdırılması, şəhərsalma proseslərinin sistemli və əlaqələndirilmiş şəkildə aparılması, həmin ərazilərdə yaşayış məntəqələrinin yenidənqurması və bərpası, o cümlədən zəruri infrastrukturun yaradılmasına başlanılmışdır. Bu prosesdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fəal iştirak edir, beynəlxalq və yerli təcrübə nəzərə alınmaqla Qarabağın tarixi-coğrafi quruluşunu, milli memarlıq özəlliklərini, ənənəvi məşğulluq sahələrini özündə əks etdirən yeni müasir layihələrə imza atılır. Bu gün hər birimizin qarşısında duran əsas məqsəd də məhz işğaldan azad edilmiş ərazilərin xarakterik cəhətlərini diqqətdə saxlamaqla onların yenidən qurulmasını, bölgənin sosial-iqtisadi inkişafının təmin edilməsini və yerli əhalinin doğma diyarlarına qayıdışını tezləşdirməkdir. Bu mənada “Rebuild Karabakh” – “1-ci Azərbaycan Beynəlxalq Qarabağın bərра, yenidənqurma və inkişafı” sərgisinin dövlət və özəl strukturları arasında müxtəlif sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsində, bölgənin inkişafı üçün əhəmiyyətli və səmərəli məhsul, layihə və həllərin nümayiş etdirilməsi ilə prosesin sürətləndirilməsində öz rolunu oynayacağına, bu işə yerli və əcnəbi investorların daha çox cəlb edilməsinə təsir göstərə biləcəyinə inanıram. “Caspian Event Organisers” şirkətinin dünyanın müxtəlif yerlərindən çoxsaylı iştirakçıları Qarabağın bərраsı, yenidənqurması və inkişafı məqsədi ilə “Rebuild Karabakh” sərgisində bir araya gətirmək təşəbbüsünü alqışlayır, təşkilatçılara öz təşəkkürümü bildirir və sərginin hər bir iştirakçısına uğurlar arzu edirəm”.

“Rebuild Karabakh” sərgisinin Azərbaycan üçün mühüm iqtisadi, siyasi və mənəvi əhəmiyyətə malik olduğunu bildirən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib: “Hörmətli sərgi iştirakçıları və qonaqlar. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) adından “Rebuild Karabakh” - 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Sərgisinin iştirakçılarını, ziyarətçiləri və təşkilatçıları salamlayıram.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük şanlı Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Hazırda dövlətimiz tərəfindən Qarabağın bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. İşğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış planı çərçivəsində reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası, yeni infrastruktur layihələri Qarabağın simasını tamamilə dəyişməklə, onu regionun iqtisadi və investisiya mərkəzinə çevirəcək. Bu prosesdə iş adamlarının, investorların iştirakı da Azərbaycan dövləti tərəfindən dəstəklənir. Yerli və xarici iş adamları Qarabağın bərpası və yenidən qurulmasında iştiraka, investisiya qoyuluşuna böyük maraq göstərir. Ötən dövrdə bu istiqamətdə KOBİA-ya daxil olmuş çoxsaylı müraciətlər bu marağın bariz göstəricisidir. Bu isə təsadüfi deyildir. Çünki işğaldan azad edilmiş ərazilər böyük investisiya potensialına və işgüzar əməkdaşlıq üçün əlverişli imkanlara malikdir. KOBİA Vətən müharibəsi zamanı biznes subyektlərinə dəymiş zərərin müəyyənləşdirilməsi və aradan qaldırılması prosesində fəal iştirak etmişdir. Dövlətimizin Qarabağa dair inkişaf konsepsiyasına uyğun olaraq, bu ərazilərə investisiya qoyuluşu və biznes layihələrinin reallaşdırılması ilə bağlı məsələlər də qarşıdakı dövrdə Agentliyin strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindən olacaqdır. Artıq KOBİA tərəfindən bu sahədə bir sıra addımlar atılmış, 2020-ci ildə İstanbulda keçirilmiş “MUSİAD Expo 2020” sərgisində işğaldan azad olunmuş torpaqlarımızın iqtisadi və investisiya potensialı təqdim edilmişdir. Eyni zamanda, KOBİA mandatı çərçivəsində işğaldan azad edilmiş bölgələrdə zəruri fəaliyyət istiqamətləri üzrə biznesin təşkilinə dəstək göstərmişdir. “Rebuild Karabakh” sərgisi Azərbaycan üçün mühüm iqtisadi, siyasi və mənəvi əhəmiyyətə malikdir və Qarabağın iqtisadi və investisiya potensialının təbliğinə öz töhfəsini verəcəkdir. KOBİA olaraq sərgini dəstəkləməkdən və sərgidə təmsil olunmaqdan məmnunuq. Növbəti belə tədbirin tezliklə Qarabağda təşkil edilməsi arzusu ilə sərginin işinə uğurlar, iştirakçılara səmərəli əməkdaşlıq arzulayıram”.

Qarabağda iqtisadi fəallığın təmin olunmasında “Rebuild Karabakh” sərgisinin əvəzsiz rol oynayacağını vurğulayan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib: “Hörmətli sərgi iştirakçıları, hörmətli qonaqlar. “Rebuild Karabakh” 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin iştirakçılarını, qonaqlarını və təşkilatçılarını Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) adından salamlamaq böyük şərəfdir. Ölkəmizin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan ordusu Vətən müharibəsini qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Böyük hərbi, siyasi və tarixi əhəmiyyətə malik bu mühüm zəfər ölkəmizin qüdrətini bir daha təsdiq etməklə yanaşı, iqtisadi imkanların genişləndirilməsi, uzun illər ərzində mənfur düşmənin işğalı altında olan rayon və kəndlərin bərpası, investisiya yatırımına ehtiyacı olan region və sahələrdə yeni layihələrin icrası üçün də əlverişli platforma yaratdı. Qeyd olunanları nəzərə alaraq, inanırıq ki, Qarabağda iqtisadi fəallığın təmin olunmasında investisiyaların cəlb edilməsi, inşaat, nəqliyyat, kənd təsərrüfatı, turizm və mədəniyyət kimi bir sıra sektorların inkişafı, sahibkarlıq mühitinin formalaşdırılması, bölgənin turizm potensialının artırılması məqsədilə keçirilən “Rebuild Karabakh” 1-ci Azərbaycan Beynəlxalq ”Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin əvəzsiz rolu olacaqdır. Sərginin bütün iştirakçılarına və qonaqlarına uğurlu, məhsuldar və konstruktiv iş arzulayırıq”.

Sərginin Qarabağ Dirçəliş Fonduna sərmayələrin cəlb olunması üçün zəmin yaradacağını söyləyən Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib:

“Hörmətli sərgi iştirakçıları və qonaqlar. Sizi Qarabağ Dirçəliş Fondu (QDF) adından 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı”- “Rebuild Karabakh 2021“ sərgisində salamlamaqdan məmnunluq duyuram.

Müzəffər Ordumuzun 2020-ci ildə Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə tariximizə qızıl hərflərlə yazılmaqla yanaşı, şübhəsiz ki, hər birimizin qürur duyduğu bir hadisədir. İşğaldan azad edilən ərazilərimizdə bərpa və yenidən qurma işlərinin təşkili, sosial-iqtisadi rifahının yaxşılaşdırılması, Qarabağın dirçəlişi bu gün bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran mühüm vəzifələrdən biridir. Hörmətli sərgi iştirakçıları və qonaqlar! Torpaqların işğaldan azad edilməsi Qarabağda dağıntıların miqyasının necə böyük olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini üzə çıxardı. Zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ekologiyasına böyük zərər vurulub. Postmüharibə dövrünün bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən mürəkkəb bir prosesdir. Qeyd etmək istərdim ki, 20-22 oktyabr tarixlərində ilk dəfə keçiriləcək Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisi işğaldan azad edilən ərazilərin bərpası istiqamətində aparılan işlərə böyük töhfə verəcək. Müxtəlif ölkələrin, şirkətlərin və dövlət qurumlarının nümayəndələrinin iştirak edəcəyi sərgi onlar arasında bir növ ünsiyyət platforması rolunu oynayacaq. Sərgi Qarabağın bərpa və quruculuğu istiqamətində aparılacaq işlərlə yanaşı, Qarabağ həqiqətlərini daha geniş kütləyə nümayiş etdirmək imkanı da yaradacaq. Uzun illərdir müxtəlif sahələrdə təşkil olunan sərgilərin nəticələri deməyə əsas verir ki, məhz belə sərgilər aktual müzakirələrin aparılması, səmərəli əməkdaşlıqların qurulması, hədəf kütləyə mesajın ötürülməsi, görüşlərin keçirilməsi üçün əlverişli şərait yaradır. Bu sərgi, eyni zamanda Qarabağın bərpası və yenidən qurulması istiqamətində aparılan işlərə dəstək göstərmək məqsədilə Fonda sərmayələrin cəlb olunması üçün zəmin yaradacaq. Qarabağ Dirçəliş Fonduna edilən ianələr Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində infrastrukturun, yaşayış evlərinin və mədəni-tarixi abidələrin bərpa və yenidən qurulmasına, ekoloji vəziyyətin yaxşılaşdırılması və sosial rifahın yüksəldilməsinə yönəldiləcəkdir. Qarabağ Dirçəliş Fondunun fəaliyyəti müvəqqəti deyil, bu, daimi prosesdir. Biz yalnız dağıdılmış maddi irsimizin bərpası kimi hədəflərlə məhdudlaşa bilmərik, daimi və dayanıqlı inkişafı hədəfləməliyik. 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” “Rebuild Karabakh 2021” sərgisində bütün iştirakçılarına uğurlu və məhsuldar iş arzulayıram. Əminəm ki, bu müqəddəs işi birgə yerinə yetirəcəyik”.

“Rebuild Karabakh” sərgisinin yeni müqavilələrin imzalanması üçün vasitə olduğunu deyən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib: “Hörmətli xanımlar və cənablar. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından “Rebuild Karabakh” 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin iştirakçı və qonaqlarını tədbirin açılışı münasibəti ilə böyük məmnuniyyətlə və səmimi qəlbdən salamlayıram.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət tədbirləri və davamlı islahatlar, mükəmməl iqtisadi strategiyanın gerçəkləşməsi iqtisadiyyatın bütün sahələrində dinamizmi gücləndirir. Ötən il dövlətimiz və millətimiz üçün 44 günlük müharibə və mükəmməl qələbə ilə bitən il kimi yadda qaldı. Əzəli torpaqlarımızda tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq və bərpa etmək üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarına və digər sərmayələrin cəlb edilməsinə struktural mexanizmin hazırlanması öz töhfəsini verəcək. “Rebuild Karabakh” sərgisi, Qarabağın bərpa və yenidənqurması, gələcək inkişaf perspektivlərinin və mühüm beynəlxalq layihələrin müzakirəsi üçün gözəl bir zəmin yaradaraq, sərgidə cəmləşən bütün sahələrdə fəaliyyət göstərən peşəkarların bir araya gəlmələri üçün effektiv biznes platformasını təmin edir. Əminəm ki, sərgi iştirak edən şirkətlər üçün yeni müqavilələrin imzalanması, ticarət və kooperativ əlaqələrin genişlənməsində mühüm rol oynayacaq və həmçinin səmərəli və faydalı əməkdaşlıq üçün münasib şərait yaradacaq. Ölkəmiz üçün bu əhəmiyyətli sərgi gedişatında bütün iştirakçı və ziyarətçilərə ən xoş niyyətlərimi çatdırır, işgüzar əlaqələrin yaradılması naminə görüləcək işlərdə uğurlar arzulayıram”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb