SİYASƏT


Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü Türkiyənin İğdır və Qars vilayətlərində də qeyd ediləcəkdir

Bakı, 30 sentyabr (AZƏRTAC). Beynəlxalq Diaspor Mərkəzi (BDM) Azərbaycanın Qarsdakı baş konsulluğunun dəstəyi ilə respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə oktyabrın 5-dən 9-dək Türkiyənin İğdır və Qars vilayətlərində tədbirlər və işgüzar görüşlər keçirəcəkdir.

BDM-dən AZƏRTAC-a bildirmişlər ki, bayram tədbirlərinə Qars şəhərində başlanacaqdır. Qars və İğdır universitetlərində istiqlaliyyət tariximizə dair konfrans və ya “dəyirmi masa”nın keçirilməsi, İrəvan xanlığı ilə bağlı 100-dək tarixi eksponatdan ibarət fotosərginin təşkili və konsert proqramının keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, İğdırda fəaliyyət göstərən ümummilli lider Heydər Əliyevin adını daşıyan liseyə musiqi alətləri də hədiyyə ediləcəkdir.

Tədbirlərdə BDM-in Avropa, Rusiya və Türkiyənin müxtəlif bölgələrindən olan nümayəndələri, deputatlar, ziyalılar, elm və mədəniyyət xadimləri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.