REGİONLAR


“Azərbaycanın intellektual birincisi” layihəsinin Yuxarı Qarabağ iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib

Tərtər, 4 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Noyabrın 3-də Tərtərdə Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan “Azərbaycanın intellektual birincisi” layihəsinin Yuxarı Qarabağ iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin zona mərhələsində Ağdam və Tərtər rayonlarının intellektual gəncləri hər biri 18 nəfərlik komanda ilə çıxış ediblər. Tərtər rayon Gənclər Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, “İrəli” İctimai Birliyinin Baş Katibi Şahin Rəhmanlı çıxış edərək layihə haqqında məlumat verib, iştirakçılara uğur arzulayıblar. Bildirilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan “Azərbaycanın intellektual birincisi” layihəsi ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.

Çıxışlardan sonra gənc intellektualların iştirakı ilə turnirə start verilib. “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Ağdam, “Axtar tap”, “Xəmsə” intellektual oyununda isə Tərtər rayonunun gənc intellektualları qalib olublar. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun üzrə baş tutacaq layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 70-dən çox rayondan 1500 gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir.

Layihə iki mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaq. “Azərbaycanın intellektual birincisi” layihəsinin final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.