MƏDƏNİYYƏT


Azərbaycanın turizm potensialı Özbəkistanda təbliğ olunub

Bakı, 11 iyul, AZƏRTAC

Özbəkistanın Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin Turizm Şurasının növbəti iclası çərçivəsində turizm yarmarkası keçirilib.

Tədbirlərdə ölkəmizi Azərbaycan Dövlət Turizm Agentliyi və turizm sənayesinin nümayəndələri təmsil edib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın turizm imkanlarının MDB məkanında təbliği məqsədilə yarmarkada iştirak edən qonaqlara ölkə haqqında dolğun informasiya verilib, onlara çap-təbliğat materialları paylanılıb.

Yarmarkada Azərbaycan da daxil olmaqla, ümumilikdə 9 ölkə nümayəndəsi iştirak edib. Yarmarka zamanı Azərbaycanı təmsil edən turizm şirkətləri iştirakçılarla ikitərəfli görüşlər keçirib, gələcəkdə baş tuta biləcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparıblar.

İştirakçılar Azərbaycanın turizm potensialı və yerli turizm marşrutları haqqında ətraflı məlumatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.