ELM VƏ TƏHSİL


Azərbaycanlı şərqşünas alimlər İstanbulda 5-ci İslam Forumunda məruzə ediblər

Bakı, 4 avqust, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı və Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Məlikova İstanbulda keçirilən 5-ci İslam Forumunda iştirak edirlər.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, forumda Gülər Qafqazlı “Sovet dövründə Azərbaycan müsəlman qadını”, Leyla Məlikova isə “XIX əsrin ortalarından XX əsrin əvvəllərinədək Şimali Qafqazda islamın identikliyinin transformasiyasında Nahdanın rolu” mövzusunda məruzələrlə çıxış ediblər. Şərqşünas alimlərimizin məruzələri maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.