İQTİSADİYYAT


“Azərişıq”: Paytaxt və bölgələrdə elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlanıb

Bakı, 3 dekabr, AZƏRTAC

“Azərişıq” ASC-nin əməkdaşları vəzifə təlimatına uyğun, ayda bir dəfə olmaqla elektrik sayğaclarının oxunmasını həyata keçirir. Bu vəzifənin növbəti icrası zamanı təəssüf ki, bəzi abonentlər tərəfindən sayğaclara müdaxilə edilərək elektrik enerjisinin talanması halları müşahidə olunub.

ASC-dən AZƏRTAC-a bildirilib ki, ümumilikdə bu ilin 11 ayı ərzində talama hallarına yol verən 1254 abonent aşkarlanıb. Həmin abonentlər üzrə itirilmiş elektrik enerjisinin miqdarı isə 17 milyon kVt/saatdan çox olub.

Qeyd edək ki, elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi və talanma hallarının vaxtında qarşısının alınması məqsədilə “Azərişıq” ASC-nin müvafiq strukturları bu istiqamətdə mütəmadi işlər görür və bu cür neqativ halların qarşısını alırlar. Uçotlara müdaxilə və kənar xətdən istifadə halları aşkar olunduqda həmin abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılır və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin həmin obyekt və müəssisələrin adları bundan sonra kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.